Rəsmi rəqəmlərə görə, Lənkəran və Tovuz rayonları yoxsulluq üzrə liderdir

14 yanvar, 2023 11:52

Lənkəran və Tovuz rayonlarında ölkə üzrə məcburi köçkünlərdən daha çox ailə ünvanlı dövlət sosial yardımı alır. 

Lənkəran rayonunda gəlirləri yoxsulluq səviyyəsindən aşağı olan 3285, Tovuz rayonunda isə 3239 ailə ünvanlı dövlət sosial yardımı alır. Erməni işğalından azad edilən rayonlarda ailələrin sayı ilə bağlı oxşar məlumat yoxdur. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən "Turan"ın sorğusuna cavab olaraq bildirilib ki, ünvanlı dövlət sosial yardımı ailənin faktiki ünvanına görə müəyyən edilir. “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailənin maddi vəziyyətinin yoxlanılması faktiki yaşadığı ünvanda aparılır.

Bu səbəblə ünvanlı dövlət sosial yardımı haqqında qanuna uyğun olaraq müraciət edən təmsilçi şəxslər elektron formada ərizə-bəyannaməni doldurarkən faktiki yaşadigi ünvanı qeyd etməlidir. Ünvanlı dövlət sosial yardımı sahəsində şəffaflığın qorunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında ünvanlı dövlət sosial yardımı alanların siyahısı açıqlanıb. Həmin siyahıda Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Şuşa, Xankəndi, Xocalı, Xocavənd rayonları üzrə məlumatların olmamasının səbəbi həmin rayonlarda faktiki yaşayışın olmamasıdır. Belə ki, həmin rayonlar üzrə qeydiyyatda olan şəxslər digər şəhər və rayonlarda məskunlaşıb. Yuxarıda da qeyd etdiyimiz kimi vətəndaşlar yardıma müraciət edərkən faktiki yaşadığı ünvanı qeyd edirlər. Həmçinin qeyd edək ki, statistik məlumatlara əsasən qeydiyyat ünvanları yuxarıda adları sadalanan rayonlar olan və ünvanlı dövlət sosial yardımı ailələrin sayı 3000-dən çoxdur.

"Turan"ın məlumatına görə, bu il yanvarın 11-nə hər ailə üzvünə aylıq gəliri 200 manatdan az olan 59 520 ailəyə ünvanlı dövlət sosial yardımı almaq hüququ verilib. İctimaiyyətə açıq olan reyestrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən bu maddi yardımı alan ailə üzvlərinin sayı barədə məlumat vermir.

Reyestrə əsasən, Bakı şəhərinin 12 rayonu üzrə 11 947 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. Yoxsulluğun ən xarakterik aşağı səviyyəsi Balakən (37 ailə), Oğuz (99), Qax (76), Qobustan (26), Xızı (40), Zərdab (40) rayonlarında və Naftalan şəhərində (83) qeydə alınıb. 

Ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin edilir. 2023-cü ilin yanvar ayından ünvanlı dövlət sosial yardımı almaq üçün ehtiyac meyarı yaşayış minimumuna - 246 manata bərabərləşdirilib. Hökumət bu il bir ailəyə düşən bu yardımın orta məbləğinin 36% artaraq ayda 535 manat təşkil edəcəyini gözləyir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR