İqtidarla müxalifətin PUA davası...
17 yanvar, 2023 11:23

Türkiyənin milli müdafiə naziri Hulusi Akar müdafiə sənayesi ilə bağlı tənqidlərə cavab verib.
"TRT Haber" xəbər verir ki, Akar belə addımları pislədiyini bildirib.
"PUA istehsalçılarımıza böhtan atılmasını qınayırıq. Müdafiə sənayesindəki uğurlarımızdan narahatlıq keçirmək böyük bədbəxtlikdir. Bunu edənləri millətimizə həvalə edirik", - deyə nazir bəyan edib.
Qeyd edək ki, müxalif DEVA Partiyasının sədri Ali Babacan PUA-larla bağlı mövzunun iqtidar tərəfindən müqəddəsləşdirildiyini və təbliğat vasitəsinə çevrildiyini bildirmişdi.