Qarabağdan Ermənistana daha 4 erməni aparıldı
23 yanvar, 2023 11:48
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tibbi yardıma ehtiyacı olan daha 4 nəfəri Qarabağdan Ermənistana aparıb.
Bunu Beynəlxalq Qırmızı Xaş Komitəsinin Ermənistandakı nümayəndə heyətinin proqram direktoru Zara Amatuni deyib.
Amatuni Ermənistana aparılan şəxslərin hansı xəstəlikdən əziyyət çəkdikləri barədə heç nə deməyib.