Sahibkarlar Sumqayıtla bağlı Prezidentə növbəti müraciət etdilər

24 yanvar, 2023 11:31

“Cənab Prezident, bizi Zakir Fərəcov və Adil Xudadatovun zülmündən xilas edin!”

Ölkədə fəaliyyəti ən çox tənqid edilən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və icra strukturları sistemində ən qalmaqallı isimlərdən olan Sumqayıt Şəhər İcra hakimiyyətində Tikinti şöbəsinin müdiri olan Adil Xudadatov barəsində sahibkarlar novbəti dəfə Prezident İlham Əliyevə müraciət edib. Z.Fərəcovun qaranlıq işlərinin əsas icraçısı olan A.Xudadatovun qanunsuz əməlləri ilə bağlı mediada indiyə qədər onlarla, bəlkə də yüzlərlə məqalə dərc edilib.

Sahibkarlar müraciətində Z.Fərəcov və A.Xudadatovun onlara qarşı həyata keçirdikləri özbaşınalıqların dözülməz həddə çatdığını bildirirlər:

“Bəribaşdan qed edək ki, Sumqayıt şəhəri üçün gördüyümüz quruculuq-abadlıq işlərinin pulunu ala bilmirik. Pulumuzu qaytarmaq əvəzinə o, bizlərə rüşvət təklif edir ki, məsələni qabartmayaq. Sual yaranır, dövlət büdcəsindən ayrılan vəsait niyə Adil Xudadatovun cibində, evində və ya seyfində olmalıdır? Gördüyümüz işlərə görə alacağımız vəsait niyə bizə köçürmə yolu ilə verilmir ki, nəticədə A.Xudadatov kimilərin qanunazidd addımları ilə üz-üzə qalırıq!? A.Xudadatovu Sumqayıtda tanımayan yoxdur. Harda qara işlər varsa, Zakir Fərəcov onu göndərir - qanunsuz tikililərdən tutmuş yaşıllıqların məhvinə qədər...”.

Sahibkarlar daha sonra bildirirlər: “Biz buradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət edirik. Son dövrlər Sumqayıtda nə qədər qanunsuz tikililər var ki, bütün bunlardan onların da xəbəri yoxdur. A.Xudadatov bütün bu qanunsuzluqları müxtəlif üsullarla Komitədən də gizlədib. Balkon artırma, sənədsiz tikinti və s. baş alıb gedir”.

“Adil Xudadatov özünü Sumqayıt şəhərinin növbəti icra başçısı kimi görür”, - sahibkarlar belə deyirlər.

Təsadüfi deyil ki, Sumqayıtda bütün tikinti, abadlı işləri ilə bağlı məsələlər Xudadatovun kurasiyasındadır, onun icazəsi olmadan, daha doğrusu, ona pul vermədən şəhərdə daşı-daş üstə qoymaq mümkün deyil:

“Cənab Prezident, Adil Xudadatov Zakirin Abşeronda olandan qara işləri ilə məşğul olduğuna görə dəfələrlə cəzalanıb. Hətta 15 sutka həbsdə də yatıb. Dəfələrlə vəzifəsindən uzaqlaşdırılıb. Amma bu adam hələ də yüksək dövlət vəzifəsi tutur”.

Sahibkarlar qeyd edirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iradlarından və aşkarladığı nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən (Baş memar) azad edilərək cərimələnib:

​​​​​​​

“Onun yerinə Babək Hüseynovu təyin edilib. Əlacsız qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Yəni, Xudadatovun şəhərin memarlıq məsələsinə qarışmaq səlahiyyəti yoxdur. Amma heç bir faydası yoxdur. Zakir Fərəcovun qara kassası və güllə qabağına vermək üçün “peşqası” hər dəfə yanında olur. Biz, dəfələrlə Zakir Fərəcova və ölkənin yuxarı instansiyalarına müraciət edərək öz haqqımızı tələb etməyə cəhd göstəmişik. Hər dəfəsində Zakir Fərəcov Adil Xudadatovu qabağa verərək bizi aldatmağa çalışıb”.

“Cənab Prezident! Sizdən xahiş edirik, bu dəfə Dövlət Təhlükəsizlik Xidmətini Sumqayıta göndərin. Onlar araşdırsınlar. Sumqayıtda baş verənləri görsəniz inanırıq ki, ölkənin ən böyük şəhərlərindən olan burada hökm sürən qanunsuzluqlarla bağlı təcili tədbirlər görəcəksiniz”, - sahibkarlar Prezidentə ünvanladıqları müraciətdə bildirirlər.  

Dərin Hörmətlə,

Zakir Fərəcov və Adil Xudadatovun əlindən zara gəlmiş bir qrup sahibkar

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR