Banklardakı puldan vergi tutmaq... - Hansı risklər var?

02 fevral, 2023 11:04

“Fevral ayından etibarən banklar müştəriyə faiz ödəyəndə onun bir hissəsini hökumətə vergi kimi saxlayacaqlar”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə bu güzəşt tətbiq ediləndə ölkədə maliyyə sabitliyi yox idi:

“İnsanlar sürətlə depozitlərini banklardan çəkirdilər və xarici valyutaya çevirirdilər. Həm depozitlərin strukturunda manatın payı kəskin azalırdı. Manata etibar yox idi. Həm də banklara etibar aşağı düşmüşdü. Həmin dövrdə vəziyyəti stabilləşdirən qərarlardan biri bu idi. Bu güzəşt müddətli güzəşt idi. Yəni vergi həmişə olub. İnsanları bank sektoruna əmakdaşlığa cəlbi ilə əlaqədar arada güzəştlər olurdu. Məsələn, neftin qiymətinin düşməsi ilə əlaqədar güzəşt tətbiq olunmuşdu”.

Xalid Kərimli həmçinin deyib ki, təkcə buna yox, səhm və istiqraz gəlirlərinə də güzəşt tətbiq edilmişdi:

“Burada müddət 2023-cü il fevralın 1-nə qədər idi. Fevralın 1-dən sonra səhm və istiqrazın güzəşt müddəti daha 5 il artırıldı. Səhmlə istiqrazın gəlirlərinin vergiyə cəlb olunmasına verilən güzəştli müddət uzadıldı ona görə ki, ölkədə kapital bazarının formalaşması ilə əlaqədar problem var. Demək olar ki, bazar zəifdir. Ona görə də hökumət daha 5 il bu bazara güzəşt verir ki, bu bazar inkişaf etsin. Amma depozitlərdə bu güzəşt müddəti bitdi. Bunun əsl səbəbi odur ki, bu dövrdə manatın stabilliyi ilə əlaqədar manata güvən yaranıb. İnsanlar resurslarını artıq daha rahat bank sektoruna qoyurlar. Həmin dövrdə qəbul edilmiş qərar zamanı insanların depozit məbləği 8 milyard manat idi. İndi qalxıb 11 milyard manatdan yuxarı, yəni 3 milyard manatlıq bir artım var”.

Ekspert qeyd edir ki, depozitlərin strukturunda manatın xüsusi çəkisi dollar və digər valyutaları üstələyir:​​​​​​​

“Yəni, 60%-dan çox manatla depozitlər yatırırlar. Dövlət istədiyi güzəşt vasitəsilə istədiyi nəticəni əldə etdi. İndi bunu davam etdirməyi məqsəd uyğun görmür. Çünki bankların pul cəlbində problemi yoxdur. Hal-hazırda bankların əlindəki artıq vəsaitlərin iqtisadiyyata yerləşdirmək, kreditləri satmaq kimi problemləri var. Bu baxımdan hökumət bunları nəzərə alaraq verginin uzadılmasını məqsədəuyğun hesab etmir və ordan vergi cəlb etməyi fikirləşir.

Beləliklə, fevral ayından etibarən banklar hesablayıb müştəriyə faiz ödəyəndə onun bir hissəsini hökumətə vergi kimi verəcəklər. Mən düşünmürəm ki, bu qərar ciddi surətdə banklardan pul çıxarılmasına gətirib çıxaracaq. Çünki alternativ yoxdur. Bu, bank sektorunda problem yaratmayacaq. Manatında qarşımızdakı ən azı bir il ərzində etibarı yüksək olduğuna görə manatın məzənnəsinə də hər hansı təzyiq formalaşdırmayacaq. İqtisadiyyat üçün həç bir problem yaratmayacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR