Lənkəranda gözəllik salonundan külli miqdarda narkotik vasitə və saxta pul çıxdı

03 fevral, 2023 13:13

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Əməliyyat tədbirləri nətiçəsində şübhəli şəxs qismində Lənkəran rayon sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılıb.

Bu şəxslərdən 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin olmaqla, ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülb. Bundan əlavə, 23 ədəd saxta 100 ABŞ dolları əsginazları müsadirə edilib.

Məlumata görə, İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginazları özünün işlətdiyi, Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib.

Aparılan araşdırmalarla məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginazları şəxsiyyəti istintaqla araşdırılan "Əfşin" adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər.

Məlumatda deyilir ki, ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 nəfər saxlanılıb. Onlardan 29 kiloqram narkotik vasitə, o cümlədən 23 kiloqram heroin, 3,5 kiloqram marixuana və 2,5 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR