Türkiyədə daha bir güclü zəlzələ oldu
06 fevral, 2023 22:06
Türkiyədə növbəti dəfə zəlzələ olub.
Bununla da gün ərzində üçüncü dəfə güclü yeraltı təkanlar hiss edilib.
Zəlzələ Kahramanmaraşda 5.1, Hatayda isə 4.8 bal gücündə qeydə alınıb. Əlavə dağıntıların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gecə baş verən 7.8 maqnitudalı zəlzələ zamanı güclü dağıntılar qeydə alınıb. Son məlumatlara görə, 1541 nəfər ölüb, xəsarət alanların sayı isə 9 minə çatıb.
Xatırladaq ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.