201 nəfər Azərbaycan vətəndaşı Türkiyədən təxliyə edilib
08 fevral, 2023 12:01

Fevralın 7-də Türkiyədən Azərbaycana 201 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib. Bu barədə Turan-a Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, azərbaycanlı tələbələrin olduğu yerlərin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Yerli medianın məlumatına görə, Malatya şəhərində təhsil alan 4 azərbaycanlı tələbədən birilə indiyədək əlaqə yaratmaq mümkün olmayıb.