Şəhid atası 43 saat bölmədə saxlanılıb
09 fevral, 2023 14:08

Sosial şəbəkələrdə şəhid atasının əsassız yerə 43 saat polis bölməsində saxlanılması ilə bağlı məlumat yayılıb.
Yayılan fotonun gecə saat 02 radələrində Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsində çəkildiyi qeyd olunub. Şəhid atasının 43 saat polis bölməsində saxlanıldığı bildirilib.