Türkiyədəki zəlzələ Azərbaycanın mənzil bazarını "vurdu"

10 fevral, 2023 14:16

Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən zəlzələ Azərbaycanın əmlak bazarına da təsirsiz ötüşməyib.

Bu barədə "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, hazırda əmlak bazarında durğunluq hökm sürür:

“İnsanlar kənara çəkilib, gözləmə mövqeyi tuturlar. Buna səbəb qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlıdır. İnsanları Azərbaycanda bu istiqamətdə hansı qəraraların qəbul olunub, həyata keçiriləcəyi maraqlandırır. 2000-ci ilin noyabrında da eyni hadisə baş vermişdi. İnsanlar onda da gözləmə mövqeyinə keçmişdilər. Ancaq 2 aydan sonra yenə hər kəs mənzil bazarına qayıtmışdı. Yəni hadisənin yaddaşdan silinməsi üçün zaman lazımdır”.

Ekspertin sözlərinə görə, durğunluq çox çəkməyəcək. Çünki mənzilə ehtiyacı olanlar əsasən gənc nəslin nümayəndələridir:

"Onlar gedib ucqar yerlərdə həyət evi alan deyillər. Çünki bu insanlar işə gedib gəlirlər, uşaqlarını məktəbə, bağçaya aparırlar. Bir sözlə, aktiv həyat tərzi keçirirlər. Ona görə də, həmin şəxslər şəhər mərkəzində ev sahibi olmağı arzulayırlar”.

N.İbrahimov bəzi insanların Türkiyədəki zəlzələdən sonra mənzillərini satıb həyətə evi almaq istəməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Biz hələ mənzilini satıb, həyət evi almaq niyyətində olan insanlara rast gəlməmişik. Yəni bu gün həyət evlərinə axın yoxdur. Bazarın aktiv iştirakçısı kimi belə bir hadisəni qeydə almamışıq”.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb. 

Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb(modern.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR