Əfv Məsələləri Komissiyası 700 müraciətə baxıb
14 fevral, 2023 16:56

Çərşənbə axşamı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib və 100-ə yaxın müraciətə baxılıb.
Komissiyadan bildiriblər ki, bu ilin yanvarından 700-dən çox müraciətə baxılıb. Növbəti iclas fevralın 23-də olacaq. İclaslar may ayına qədər davam edəcək.
Bundan öncə xəbər verildiyi kimi, prezidentin əfv sərəncamı eks-prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi (10 may) münasibətilə olacaq.