Həbsdəki MTN polkovniki - "Məndə səs yazıları var, açıqlasam, çox papaqlar boş qalacaq"

16 fevral, 2023 11:23

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apelyasiya Məhkəməsində sensasion açıqlamar verib. Bakı Hərbi Məhkəməsi tərəfindən “MTN İşi” çərçivəsində 8  il azadlıqdan məhrum edilən Sahib Ələkbərov ozünə qarşı ittihamları rədd edib.

O, məhkəmə çıxışında bəyan edib ki, baş verənlərə görə əsas məsuliyyət Baş Prokurorluğun sabiq rəhbərliyinin üzərindədir.  “Məndə Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq. Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”.

Sabiq MTN polkovniki iddia edir ki, azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Onun sözlərinə görə, MTN-də müstəntiq işlədiyi müddətdə nə kimsədən hədə-qorxu ilə pul tələb edib, nə də alıb: “Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu MTN İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev, şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov haqqında istintaq ziddiyyətlərlə doludur, heç bir mötəbər sübut yoxdur.

Təqsirləndirilən şəxs qismində cəlb olunmağım haqqında qərarda məni səlahiyyətlərimə görə səhiyyə naziri, baş prokuror, ədliyyə naziri, həm də milli təhlükəsizlik naziri kimi göstərmişdilər. Sonra qərarı dəyişib işin içinə başqasını qoydular. İrəli sürülən ittihamlardan biri baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi haqdadır. İddia olunur ki, Ələkbərov Usubovun Səbail prokurorluğunun qərarını ləğv etməsinə nail olub. 

Təqsirləndirilən MTN polkovniki bunu absurd sayır. Deyir ki, əksinə, 2005-ci ildə Hacı Məmmədov olaylarına görə Rüstəm Usubovu şahid qismində dindirəndə özü onun tərəfindən hədələnmişdi. Mən baş prokuror olmuşam ki, Usubova göstəriş verim ki, get, Səbail prokurorluğunun qərarını ləğv elə?! Bu qədər absurd olmaz axı. Çağırıb Rüstəm Usubovu dindirsinlər ki, mən necə nail olmuşam buna. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunanda o iş üzrə Rüstəm Usubovu MTN-də mən dindirirdim. Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi. Hacı Məmmədov işində mən birini dindirirdim. O dedi ki, ay kişi, mən palanam, eşşək qalıb kənarda.

Sahib Ələkbərov deyir ki, ona qarşı irəli sürülmüş ittihamlar qanunauyğun şəkildə sübuta yetirilsə, cəzasını çəkməyə hazırdır. Lakin törətmədiyi cinayətə görə verilən cəza ilə barışmaq niyyətində deyil: “Dəfələrlə sui-qəsdə məruz qalmışam. Məndə  olan məlumatları, səs yazılarını etibarlı yerdə saxlayıram.  Xəbərdarlıq edirəm – danışdıqlarımdan da yüz qat artığını səsli formada yazıb qoymuşam, etibarlı yerdə saxlayıram. Başıma bir iş gəlsə, meyitimi susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq, rütbəsindən, mərtəbəsindən, vəzifəsindən asılı olmayaraq. Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edənlərə xəbərdarlıq edirəm…” /Gununsesi.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR