"Ağacları yeni işçi götürüb maaşlarını mənimsəmək üçün kəsdilər" - FOTOLAR

17 fevral, 2023 11:17

Yardımlı rayonundakı Vüqar Nəciyev küçəsi 3 ünvanında salınan parkda 6 ədəd iri söyüd ağacı kəsilib.

Bu barədə həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Vətəndaşlar yaşı 20-dən çox olan bu ağacların kəsilməsindən şikayətçidirlər: “Əvvəl bu ərazi şəxsi mülkiyyət idi. Sonradan guya dövlət proqramı əsasında ərazi bizdən alınaraq park edildi. İllər əvvəl bu ağacları sakinlər əkib. Ağaclar Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin müdirinin göstərişi ilə kəsilib. Səbəb isə yerinə yeni ağaclar əkib, sonradan ağacın sayına görə işçi götürmək və onların maaşlarını mənimsəməkdir. Yəni ağac sayı nə qədər çox olursa, işçi sayı da ona uyğun olaraq çoxaldılır. Təbii ki, əslində işçi sayı elə eyni qalır. Digər kartlar mənimsəniləcək”. 

İddialarla bağlı Yardımlı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətə belə cavab verildi: “Əgər Yaşıllaşdırma İdarəsi orada ağac kəsibsə, bunun üçün öncədən akt tərtib olunur, Ekologiyaya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilir. Nazirliyin nümayəndəsinin iştirakı ilə qurumuş ağaclar kəsilir və yerinə yeniləri əkilir. Əgər parkda yeni ağaclar əkilirsə, buna elə oranın işçiləri baxır. Yəni ərazi böyümürsə, ağac sayına görə işçi çoxalmır”.

Məsələ ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin müdiri Balamir Adiyevlə də əlaqə saxladıq. Qurumun müdiri bildirdi ki, ağaclar quruduğu və qurd basdığı üçün kəsilib: “Ora parkdır və biz həmin ərazidə gözəlləşmə işləri edirik. İki tərəfdə yeni, dekorativ ağaclar əkmişik. Akt yazılıb və aqronomların da iştirakı ilə ağaclar kəsilib”. 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR