"Kriminal oliqarx Vardaryan bizim ərazimizi tərk etsin..."

18 fevral, 2023 22:46

"Hazırkı vəziyyəti düzgün qiymətləndirmək üçün biz bir qədər tarixə də nəzər salmalıyıq. Bizim torpaqlarımız təxminən 30 il boyunca Ermənistanın işğalı altında qalıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı deyib.

“Baş nazir Qaribaşvili vurğuladı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya heç bir sanksiya tətbiq edilməyib. Mən də həmçinin deyə bilərəm ki, Ermənistan 27 il boyunca Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmədi və onlara heç bir sanksiya tətbiq olunmadı. Biz müharibədən qaçmaq məqsədilə hər zaman Ermənistana sanksiya tətbiq edilməsinə çağırırdıq. Biz Minsk Qrupunun nəticə verməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etməsini gözləyirdik, lakin biz heç bir hərəkət görmədik. Ümumi anlayış var idi ki, bu münaqişə artıq dondurulub. Beləliklə biz sübut etdik ki, bu dondurulmuş (münaqişə-red.) deyil. Beləliklə biz öz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək üçün döyüşməli və 3000 həyatı qurban verməli olduq. Ona görə də biz Qarabağdakı bugünkü vəziyyəti və ya bizim erməni icması ilə kommunikasiyasımızı kontekstdən çıxara bilmərik və 30 illik işğalı, Livanın ərazisi böyüklükdəki ərazinin tamamilə dağıntılar altında olduğunu sadəcə yaddan çıxara bilmərik. Bu yadplanetlilər tərəfindən edilməyib, bu gəlib bizim torpağımızı işğal edən, 1 milyon azərbaycanlını evsizə çevirən, 67 məsciddən 65-ni dağıdan, onları murdarlayan qonşularımız tərəfindən edilib. Daha sonra biz onları qovduq və onlar indi “ədalət” üçün müraciət edirlər. Torpaqlarımızı 30 il işğal edənlər, indi bizi işğalda ittiham edirlər”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın Qarabağın erməni icması ilə praktiki kommunikasiyaya başlaması yalnız Rusiya vətəndaşı olan kriminal oliqarx Ruben Vardanyan Azərbaycan ərazisini tərk edərsə, mümkün olacaq:

“Həmçinin bir şey də unudulmamalıdır ki, Baş nazirin müraciət etdiyi 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanat əslində Ermənistanın de-fakto kapitulyasiya aktıdır. Biz müharibədə savaşdıq və müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən tanındı. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin Baş nazirə verdiyi yeni mandatdır və bu, sülh mandatıdır. Ona görə də biz gələcəyə baxmalıyıq. Sessiyadan öncə də müzakirə etdik – bu gün tarixi bir gündür, üç lider müstəqil ölkələr kimi ilk dəfə birlikdədir. Biz bu fürsəti qaçırmamalıyıq. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı bütün azlıqlar eyni mədəni, linqvistik və digər hüquqlara və üstünlüklərə, həmçinin təhlükəsizliyə malikdirlər. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyaya başlamağa hazırıq və bu gün Dövlət Katibi Blinkenin önündə də mən ermənistanlı həmkarıma bunu dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, Avropada çirkli pulların yuyulmasında iştirak edən kriminal oliqarx Vardanyan bizim ərazimizi tərk etsin".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI