Ətin qiymətini kim qaldırır? - Nazirliyə sərt ittihamlar...

20 fevral, 2023 11:23

Azərbaycanın bölgələrində ətin bir kiloqramı  12-13 manatdan 14-15 manata qalxıb. Satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlasaq da nazirliyin mətbuat katibi Vüqar Hüseynov yenisabah.az-a açıqlamasında bahalaşmanın nazirliklə heç bir əlaqəsinin olmadığını deyib:

“Ətin qiyməti bahalaşıb bahalaşmamasını araşdıra bilərsiniz. Bu işə Kənd Təsərrüfatı Nazirliyi baxmır”. 

Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ətin bahalaşmasının səbəbi örüş yerlərinin azalması, yem qiymətlərinin qalxmasıdır:

“Kənd təsərrüfatı ilə bağlı bir çox proqram qəbul edilib, lakin onların heç biri uğurla başa çatmayıb. Əksəriyyətində nəzərdə tutulan problemlər ümumiyyətlə, mövcud olan problemlərin aradan qaldırılmasına yönəlməmişdi, yaxud bu sahədə lazımi işlərin görülməsi üçün yetərli deyildi. Aparılan siyasət yanlış olduğu üçün nəticə də bu cür olur. Hökumət son vaxtlar təbii biçənək, örüş ərazilərini əkinə verdiyi üçün örüş əraziləri azalıb. Ot istehsalı, yem istehsalı azalıb. Keçən il taxıl məhsulu istehsalı da 200 min ton azalıb. Bunun nəticəsi isə odur ki, ot, yem azaldığı üçün qiyməti artır. Bu səbəbdən də əldə olan məhsulun yəni ətin qiyməti yüksəlir. Əlbəttə, ət istehsalçıları da çalışırlar ki, o itkini kompensasiya etsinlər. Onlar yem üçün daha çox pul xərcləyir və artan xərci bu cür kompensasiya edirlər, ətin qiymətini artırırlar”.  

Ekspert bunun birbaşa Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı olduğunu qeyd edib:

“Kəndli də istəməz ki, qiyməti bahalaşdırsın, çünki bilirlər ki, hazırda alıcılıq qabiliyyəti aşağıdır. Kim istəyər ki, məhsulu bahalaşdırsın, alıcı gəlməsin və onun məhsulu xarab olsun? Bunu heç kim istəməz. Bu aqrar sahədə çalışanların qeyri-peşəkarlığı ilə bağlıdır. 

Dəfələrlə demişəm ki, görün,  Kənd Təsərrüfatı Nazirliyində bir aqronom, zootexnik, baytar həkim varmı?  Xeyr yoxdur! Orada vəzifədə olanlar hüquqşünaslar, tarix müəllimləri, politoloqlar və sahədə bixəbər olan iqtisadçılardır. Ona görə də kənd təsərrüfatı batıb gedir. Son vaxtlar qiyməti artan təkcə ət deyil, digər kənd təsərrüfatı məhsullarının da qiymətində artımı müşahidə edirik. Kənd Təsərrüfatı Nazirliyi ona görə bu suallara cavab verə bilmir. Onlar qiymət artımını bazarın üstünə yıxır. Bazarda təklif varsa, deməli qiymət normal olacaq. Təklif azalırsa, qiymət də artır. Deməli Kənd Təsərrüfatı Nazirliyi təklifin artması üçün yetərincə iş qura bilməyib”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR