Karantin rejimi uzadılır - Quru sərhədləri yaya kimi açılmayacaq

21 fevral, 2023 15:46

Azərbaycanda ötən ilin sonunda uzadılan xüsusi karantin rejiminin vaxtı martın 1-dək nəzərdə tutulub. Son günlər koronavirusa yoluxma hallarının sayının kəskin azalması fonunda karantin müddətinin yenidən artırılıb-artırılmayacağı məsələsi maraq doğurur. Eyni zamanda quru sərhədlərinin açılıb-açılmayacağı da geniş müzakirə predmetinə çevrilib.

Mövzu ilə bağlı danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qış aylarında karantin rejiminin aradan qaldırılması gözlənilmir.

"Epidemioloji vəziyyəti elan edən Ümumdünya Səhiyyə Təşkilatıdır və bu vəziyyətin nə vaxt sonlanacağını da onlar elan edəcək. Ancaq karantin rejiminin müddətinin uzadılması və ya qaydaların yumşalması kimi qərarları dövlətlər özləri verir" - deyə komitə sədri bildirib.

M.Quliyev vurğulayıb ki, dünya ölkələri üzrə yoluxmaların xüsusilə yaz mövsümündə artımı müşahidə olunur:

"Öncə onu demək lazımdır ki, Çində hələ də COVID-19 virusuna yoluxanların sayı çoxalır. Buna görə də indiki situasiyada Azərbaycanda karantin rejiminin ləğvi real deyil. Əgər yoluxanların sayı yay mövsümünə qədər çoxalmasa, bu qərarı yenidən nəzərdən keçirmək olar. Çünki qış və yaz mövsümlərində infeksiyalara tutulan insanların sayında artım müşahidə edilir. İndiki situasiyada karantin rejiminin ləğv olunması həqiqətə uyğun deyil".

Quru sərhədlərinin açılmasına dair təkliflərə gəlincə, komitə sədri hələlik bu barədə qərar verməyin tez olduğunu vurğulayıb:

"Quru sərhədlərinin açılması ilə bağlı qərar vermək üçün hələ tezdir. Hər ölkənin epidemioloji vəziyyəti nəzərdən keçirərək özünü müdafiə etmək metodları fərqlidir. Operativ Qərargahın qərarı yoluxmaların azalmasında xüsusi rol oynayır. Mən özüm də bu cür qərarların yayda nəzərdən keçirilməsinin tərəfdarıyam".

Xatırladaq ki, ötən ilin dekabr ayının 22-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti artırılıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Azərbaycanın quru sərhədləri isə 2020-ci ilin mart ayından bağlıdır.(modern.az).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI