“Hüseyn Abdullayevin adamları mitinqlərdə bizi ağacla döyürdü” - Kimlər əfv olunacaq?

23 fevral, 2023 13:52

“Bizim “Heydər Əliyev ili” çərçivəsində əfv və amnistiyaya düşməsi üçün verdiyimiz adlar fərqlidir. Biz demişik ki, Eldar Həsənov və Hüseyn Abdullayev hazırda xəstədirlər. Ona görə də onları buraxsalar, daha yaxşı olar. Biz bu siyahını təqdim etmişik, amma Cahangir Hacıyevi haradan o siyahıya salıblar, mən başa düşə bilmirəm”. 

Bu sözləri tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib:

“Bizim siyahımızda həm də ömürlük həbs alanlar var ki, onları da buraxmaq lazımdır. Hansı ki, 20 ildir ki, həbsdədirlər və artıq bu adamların cəmiyyətə heç bir ziyanı olmaz. Lakin Cahangirin məsələsinin buraya aidiyyəti yoxdur axı. Haradan, necə götürüb onu yazıblar, anlamıram. Amma qalan şəxslərin adları doğrudur”. 

N.Cəfəroğlu təklif edib ki, Azərbaycanda siyasi məhbus məsələsi olmasın və hamımız rahat olaq ki, nə Avropa, nə də o biri dövlətlər bizə bu barədə irad tutmasınlar:

“Üstəlik, Eldar Həsənovla Hüseyn Abdullayevin adı ayrıca gedir, çünki onlar siyasi məhbus deyillər axı? Bizdə siyasi məhbuslar blogerlər, jurnalistlər, siyasi partiya nümayəndələridir ki, onların da hamısı siyahımızdadır. Bizim siyahımızda dindarlar, xəstələr, ömürlük həbs olunanların da adları var. Biz tövsiyyə edirik ki, bunların hamısını buraxın, birdəfəlik bu problemdən canımız qurtarsın”.

“O ki qaldı korrupsiya məsələsinə, Hüseyn Abdullayev korrupsiyaya görə içəri düşüb? O hakimiyyətin adamı idi və bizi mitinqlərdə döydürürdü. Mən onun xəstəliyinə görə adını salmışam ki, bu adam içəridə ölməsin. Eldar Həsənov da xəstədir. Eldar Həsənova da korrupsiya ilə bağlı böhtan atırlar, lakin o, ən gözəl səfirlərimizdən biri idi. Bu adam Azərbaycan qanunlarına riayət edib, ölkəmizi təbliğ edirdi.

Cahangirə gəldikdə isə mən dedim ki, onun siyahımızda adı yoxdur, çünki öz adamlarıdır, özləri tutub, özləri də buraxacaq. Mən, doğrudan da, Cahangirin adını verməmişəm”, - əlavə edib.

Həmsöhbətimizin fikrincə, o, xəstə, yaşı keçmiş və əməyi olan insanların azadlığa çıxmasını istəyir:

“Mən Eldar Həsənovun adını ona görə çəkmişəm ki, o, bu hakimiyyətə çox sadiq bir insan idi. Biz onunla görüşəndə də görürdük ki, bu hökumətə nə qədər iş görmüş bir adam olub, Azərbaycanı tanıtmışdı. Mənim üçün onun həbsi çox müəmmalı qalmışdı. O bizim yanımızda da Prezidentin təbliğatını aparırdı. Eldar Həsənov səfirlərin arasında ə nüfuzlu insan idi”.

Hüquq müdafiəçisi xatırlatma da edib:

“Ötən əsrin 90-cı illərində də bizim siyasi məhbuslarımız var idi. Biz onda Eldar Həsənovun yanında gedəndə o bizi normal qarşıyaıb bacardığı köməyi edirdi. O zaman biz siyasi məhbusların çoxunu Eldar Həsənovun əliylə buraxdırdıq. 

Hüseyn Abdullayev isə xəstədir. Biz onun xəstəliyini nəzərə alırıq. Yoxsa vaxtilə onun qoçuları bizi mitinqlərdə ağacla döyürdülər. Anasının və özünün xəstəliyinə görə istəyirik azadlığa çıxsın”(yenisabah.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR