"Bank of Baku"da olan əmanətlər təhlükədə...

24 fevral, 2023 12:23

"Bank of Baku”da əmanəti olan şəxslərin əmanətləri risk altındadır. Bankın əhalidən topladığı əmanətlərə nəzarət Azərbaycan Respublikasının qanunları çərçivəsindən çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, "Bank of Baku”nun dollarla 2 və 3 illik qəbul etdiyi əmanətləri Əmanətlərin Sığortalanması Fondu (ADİF) sığortalamır. 

Əmanətlərin sığortalanması haqqında qanuna görə, 1 iyun 2020-ci il tarixindən etibarən xarici valyutada olan və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz olaraq müəyyən edilib.

"Bank of Baku”da 2 illik yerləşdirilən əmanətlərin faizi aylıq ödənildikdə 2.55 faiz, əmanətin illik faizini müddətin sonunda ödəmək şərti ilə 2.65 faiz olaraq müəyyən edib. 

Buna görə də yuxarıda qeyd olunan AR qanunlarına görə ADİF tərəfindən həmin əmanətlər sığortalanmır. 

Bundan başqa "Bank of Baku”nun 3 illik qəbul etdiyi dollar əmanətlərinin də faizləri aylıq ödənildikdə 2.65 faiz, müddətin sonunda ödənildikdə isə 2.75 faiz olaraq müəyyən olunub. Eyni şəkildə bu şərtlər altında banka əmanət yerləşdirən əhalinin vəsaitləri ADİF tərəfindən qorunmur.

Qeyd edək ki, 02 mart 2016-cı il tarixindən etibarən ADİF-ə üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi (xarici valyutada 2.5 faiz) çərçivəsində olmaqla 4 il 9 ay müddətində tam sığortalanır və tam kompensassiya olunur. Bu göstəriciləri üstələyən (xarici valyutada 2.5 faizi ötən) əmanətlər isə heç bir halda sığortalanmır(yenisabah.az).

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR