Ramiz Rzayevin 70 yaşı tamam oldu - Vaxtı 2 ildir bitib, amma...

25 fevral, 2023 11:40

Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 yaşı tamam olur. 

Bu haqda hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə paylaşım edib.

O, bildirib ki, məhz elə bu gün də R. Rzayevin səlahiyyət müddəti bitir: “Əslində, səlahiyyət müddəti 2 il əvvəl bitmişdi, çünki qanuna görə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sadəcə 5 il müddətinə təyin olunduğu üçün qanuna zidd olaraq 2 il də sədrlik etdi.

Bu qanunsuz 2 il ərzində məhkəmə-hüquq islahatlarının “tormoz”u olması ilə yanaşı Ali Məhkəmənin saxta erməni-bolşevik 100 illiyinin qeyd edilməsi ilə xüsusi yadda qaldı.

Ona yaxşı xəbərim var: Konstitusiya Məhkəməsi həmin “yubiley” haqda qanundan verdiyim şikayəti icraata qəbul etmədi. Ona görə yox ki, həmin qanun düzgündür. Ona görə ki, Konstitusiya Məhkəmənin qənaətinə görə həmin qanun bilavasitə mənim hüququmu pozmayıb: “fərdlərin normativ hüquqi aktlar üzərində abstrakt nəzarətin həyata keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ milli qanunvericilikdə nəzərdə tutulmamışdır”.

Mübahisə edə bilərdim, amma etməyəcəyəm.

Qoy bu, Ramiz müəllimə yubiley hədiyyəsi olsun. Həm də ki, Türkiyədə zəlzələ baş verən gündə o, “yubiley” medallarını paylayarkən demişdim ki, artıq etiraz etmirəm: həqiqətən bizim mövcud Ali Məhkəmə elə bolşeviklərin (ilk sədrləri Dövlətyanın) xələfidir, deməli, 100 illiyi qeyd etmək də ona tam uyğundur. Allahın izni ilə Ali Məhkəməmiz doğrudan da Ədalət məhkəməsi olandan sonra tarixini 1918-ci ildən hesablamağa başlayarıq. Hələlik isə buna haqqımız yoxdur. İlk Cümhuriyyətimizin qurucu atalarına hörmətsizlik olardı.

Bu gün isə Ramiz müəllimi  öz yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür arzulayıram. Çox yaşasın və Azərbaycanda hüquqi dövlətin təntənəsini görsün. Həmçinin Ali Məhkəmənin həqiqi yubileylərinin də qeyd olunmasını görsün. Allah ona bu dünyada və axirətdə niyyəti və əməllərinin tam əvəzini versin!”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR