Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillər

26 fevral, 2023 15:53

Haqqında məlumat verəcəyimiz şəkillər 31 il bundan əvvəl Xocalı faciəsindən cəmi üç gün sonra elə Xocalıda fotolentin yaddaşına köçürülüb. Onda artıq ermənilər öz havadarlarının köməkliyi ilə azərbaycanlılara qarşı əsrin faciəsini törətmişdilər, lakin bu, son deyildi. Axı, kimin ağılına gələrdi ki, bu insan qanına susamış cəlladlar, həm də Xocalını yer üzündən birdəfəlik silmək niyyətində idilər. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Deməli, erməni cəlladları Xocalıda təkcə günahsız insanları öldürmədilər, həm də bu yurdun daşını-daş üstə qoymadılar. Bunu Xocalı soyqırımından 72 saat sonra çəkilmiş fotolar da təsdiq edir.​​​​​​​

Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.

1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: “Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi...”.

F.Hacızadə deyib ki, həmin vaxtı şəhərin bir neçə rakursdan şəkillərini çəkiblər: “Çəkiliş aparmaq təhlükəli olduğundan biz əsasən vacib məqamları lentə ala bildik, çünki düşmən hər an helikopteri vura bilərdi. Saat yarım ərzində müəyyən çəkilişlər apardıq və qayıdandan sonra mövcud laboratoriyamızda həmin şəkilləri çap etdik. O şəkillərin bir hissəsi Müdafiə Nazirliyinə verildi, qalan şəkilləri özümüzdə saxladıq və bu şəkillər o vaxtdan bəri heç bir yerdə göstərilməyib”.

Alim bildirib ki, bu fotoşəkillərin çəkilməsinin əsas məqsədi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri, eləcə də dağıntıları aşkar etmək və gələcəkdə sübut kimi göstərmək idi.

O zaman keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu söyləyən həmsöhbətimiz deyib ki, çəkilişlər zamanı Xocalıda ermənilər tərəfindən böyük dağıntıların şahidi olublar. “Mənfur düşmən bir tərəfdən bizim vətəndaşlarımızı soyqırımına məruz qoymuşdu, digər tərəfdən isə binaları, evləri, məktəbləri dağıtmışdı. Bütün bunlar eyni vaxtda qəddarlıqla, amansızlıqla aparılmışdı. Bəzi yerlərdə artıq binalar tamamilə dağıdılmışdı. Dağıntıların miqyası olduqca böyük idi. Açığını deyim ki, hər dəfə o günlərə qaydanda əzab çəkirdim. Lakin 2020-ci ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbəsindən sonra toxtaqlıq tapmışam. Tarixi Qələbəmizdən sonra bu fotoşəkillərin yayılmasını düşünürdüm. Bu düşüncə məni AZƏRTAC-a gətirib çıxartdı”, - deyə o vurğulayıb.

Fuad Hacızadənin sözlərinə görə, azərbaycanlıların Xocalıda çəkiliş aparacağı erməni hərbi birləşmələri üçün də gözlənilməz olub. Yoxsa buna imkan verməzdilər: “Biz əraziyə qəfil daxil oduq, şəkilləri çəkib tez də geri qayıtdıq. Xocalıdan geriyə qalan 10 şəkil şəhərin planlı şəkildə yer üzündən silinməsinə bu gün şahidlik edir”.

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI