Bərdədə “Tarixin Zəfər Yolu” kitabının təqdimatı olub - FOTOLAR

26 fevral, 2023 16:16

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Bərdə şəhər Heydər Əliyev mərkəzində Sübut Mehdiyevin müəllifi olduğu "Tarixin Zəfər Yolu" kitabının təqdimat mərasimi keçirilib. 

Mərasim Xocalı qurbanlarının, şəhidlərimizin və Türkiyədə zəlzələdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlayıb.

Tədbiri giriş sözü ilə açan Bərdə  Rayon İcra Hakimiyyətinin rəsmisi Asif Abbasov qonaqları salamlayaraq kitab haqqında ümumi məlumat vermişdir. Sonra tədbirin təşkilatçısı İSBAM sədri Samir Adıgözəlli çıxış edərək "Tarixin Zəfər Yolu" kitabının gənc nəslin maarifləndirilməsində, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində  öz töhfəsini verəcəyini bildirmişdir.

İSBAM sədri  44 günlük Vətən müharibəsinin yazıçılar, jurnalistlər, araşdırmaçılar  tərəfindən ciddi tədqiq edilməklə  tarixləşdirilməsinin zəruriliyini bildirib.

 Daha sonra tədbirdə iştirak edən Çexiyada yaşayan professor Azər Kərimov, təhsil işçiləri Leyla Məmmədova, Tamella Əliyeva, şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid Fəxri Qəribzadənin anası  Mehbarə xanım, şəhid Elməddin Hüseynzadənin anası  Arzu xanım, şəhid Turqut Zeynalovun anası Zibeyde xanım və şəhid Səidin anası Əzizə xanım  çıxış edərək işiq üzü görən kitabın müəllifi Sübut Mehdiyevə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.

Çıxışçılar qeyd etdilər ki, hər bir şəhidin  xatirəsinə belə dəyərli kitabların  həsr olunması cəmiyyət qarşısında böyük xidmətdir.

Müəllif Sübut Mehdiyev çıxış edərək kitabın məzmun və ideya xətti barədə  iştirakçıları məlumatlandırdı. O, zəfərə gətirən  yolda qəhrəman Vətən oğullarının şücaətlərini qələmə almaqla ilk növbədə öz mənəvi borcunu yerinə yetirdiyini qeyd edib. S. Mehdiyev bundan sonra da 30 il işğalda olan  Qarabağın azadlığı uğrunda əməyi, zəhməti keçən hər bir  qəhrəmanın döyüş yolunu  öz qələmi  ilə tarixləşdirəcəyinə söz verdi.

Sonda  müəllif tərəfindən iştirakçılara kitablar imzalanaraq təqdim edildi.

İSBAM -ın təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində rayon ziyalıları, qazi və şəhid ailələri iştirak etmişdir.

İSBAM mətbuat xidməti.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR