Sülhməramlılar 49 əcnəbi vətəndaşı Qarabağdan təxliyə ediblər
27 fevral, 2023 10:53

Fevralın 26-da Rusiya sülhməramlıları 49 xarici vətəndaşı (6-sı uşaq olmaqla) Qarabağdan Ermənistana təxliyə edib.
Eyni zamanda Ermənistandan Xankəndə humanitar yük daşıyan iki karvan avtomobil keçib. Bu barədə bazar günü Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin bülletenində deyilir.
Əcnəbilərin vətəndaşlığı barədə məlumat verilmir. İndiyədək sülhməramlılar Rusiya vətəndaşlarını çıxarıblar.