"Azərlotereya" ASC "Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı"nın baş sponsoru olub - FOTOLAR

07 mart, 2023 19:02

"Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub.

Azsiyaset.com xəbər verir ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı prioritet mövzuları əhatə edən daha bir önəmli tədbirə dəstək olub. Şirkət ölkəmizdə ilk dəfə keçirilən “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nda baş sponsor kimi çıxış edib. 

Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.

Konfransda “Azərlotereya” ASC-nin ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi bölüşülüb, şirkətin həyata keçirdiyi “Əmanətə sədaqət” layihəsi vətənpərvərlik mövzusunda örnək işlərdən biri kimi iştirakçıların marağına səbəb olub.

Vurğulanıb ki, sözügedən layihə əsasında vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərcləri qarşılanır. 

Tədbirdə çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu müxtəlif önəmli mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın işini yüksək qiymətləndirib.

Bildirib ki, “Azərlotereya” ASC fəaliyyətində hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə böyük önəm verərək bu çərçivədə ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək olmağa çalışır. 

Konfrans ictimaiyyətin diqqətini çəkmiş KSM layihələrin nümayişilə davam edib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR