"Satışdakı ucuz kolbasalar murdar ət və donuz dərisindən hazırlanır" - Ekspert

13 mart, 2023 17:49

Paytaxtın müxtəlif ərazilərində ucuz qiymətə kolbasa satışı həyata keçirilir. 

Maraqlıdır ki, görəsən, bu kolbasaları marketdə satılan kolbasalardan nə fərqləndirir ki, bu qədər ucuz qiymətə satılır? 

Onların donuz dərisindən hazırlandığı iddiaları doğrudurmu? 

Məsələ ilə bağlı yenisabah.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, sözügedən kolbasaların tərkibi haqqında dəqiq məlumat yoxdur: 

“Azad İstehlakçılar Birliyi birmənalı şəkildə istehlakçıların ucuz və keyfiyyətli mal almağının tərəfdarıdır. Biz qətiyyən qiymətlərin yuxarı olmasının tərəfdarı deyilik, lakin görürük ki, ölkənin ət məhsulları sektorunda böyük hərc-mərclik var və təəssüflər olsun ki, ölkədə normal, standartlara uyğun kolbasa istehsal edən şirkətlər öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər. Təxminən 3 muşketyor qalmışıq, birimiz hamımız, hamımız birimiz üçün. Baxmayaraq ki, onları birləşdirən bir assosiasiya var, həmin assosiasiya heç bir iş görmür ki, bazar təmizlənsin və o cür qiyməti şübhə doğuran hətta təhlükəli kolbasa və sosiskalar hər yerdə satılır. Belə məhsullara metro çıxışlarında, 8-ci kilometr bazarında rast gəlmək mümkündür. Bütün bu işlərin qarşısını almaqda məsuliyyət daşın Qida Təhlükəsizliyi Agentliyi çox təəssüflər olsun ki, jurnalistlərin əməyini heçə sayır. Jurnalistlər bütün gün belə məhsulları satanları axtarır, tapır, efirə verir, yazırlar, lakin Qida Təhlükəsizliyi Agentliyi onları kifayət qədər təqib etmir. Hələ ki, biz KİV-lərlə Qida Təhlükəsizliyi Agentinin birgə işlərini görmürük. Nə qədər ki, dövlət qurumları KİV-lərin əməyini qiymətləndirə bilmir, onlarla sinxron işləyə bilmir, ictimai nəzarətlə bağlı çağırışlar müsbət nəticə verməyəcək. Çünki hər şey KİV-lər üzərindən gedir. 

Baxın, bu gün siz bu mövzu barədə yazırsınız, görək Qida Təhlükəsizliyi Agentliyi buna reaksiya verəcəkmi? Böyük ehtimalla, yox. 

Mən bu mövzunu hətta agentliyin özündə də qaldırmışam, amma qeyri-səmimi şəkildə cavablayıblar ki, təqib edirik. Əslində isə təqib olunmur”. 

Ekspert təsdiqləyib ki, ayaq altında satılan bu cür kolbasa məhsulları süni ətdən və donuz dərisindən hazırlanır: 

“Bəli, bu gün satışda belə mallar var və birmənalı şəkildə təhlükəlidir. Sovet zamanı kolbasa istehsalçıları arasında belə bir söz vardı: Kolbasa nədir? Sudur, duzdur, bir az da vicdan. Vicdan sözü əti göstərirdi, yəni vicdanın nə qədərdirsə, əti də o qədər qoyarsan. Bu gün kolbasa məmulatlarını nədən gəldi - süni ətdən, dəridən hazırlayırlar. Ucuz nə varsa, onu məhsulun içinə qatırlar. Heç şübhəsiz ki, 26 ildir Azad İstehlakçılar Birliyi ölkədəki murdar ət biznesini ifşa etmək istəyir və bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar həmin məsələ ilə bağlı cinayət işi qaldırır, məsuliyyət daşıyanları həbs edir. Lakin digər dövlət orqanları adətən ifşa edir, cərimə qoyur və buraxır. 26 ildir ki, biz bunu ifşa edib qurtara bilmirik. Şübhəsiz ki, murdar olmuş heyvan ətləri bu cür kolbasa istehsalında istifadə olunur. İstisna olunmur ki, qonşu ölkələrdən də bu cür kolbasalar ölkəmizə keçirilir. Bu kolbasa məmulatları adətən etiketsiz olur, ayaq altda satılır və qırmızı olur, insanları cəlb edir, guya hisə verilmiş kolbasadır. Lakin bu məmulatlar insanların həyatında mənfi izlər qoyur. Biz hələ görməmişik ki, Qida Təhlükəsizliyi Agentliyi bunu kökünə qədər ifşa etsin və ictimai şəkildə həmin məhsullar məhv edilsin. Bu, problem olaraq qalır. Əhalini belə mallar almaqdan imtina etməyə çağırıram, biz bunu boykot etməliyik. Yerli kolbasa istehsalçıları da öz bazarlarını təmizləməlidir. Əhalidə belə bir fikir var ki, xaricdən gələn kolbasalar daha keyfiyyətlidir, amma bu belə deyil, onlar daha çox kimyəviləşdiriliblər. Nəzərə almaq lazımdır ki, yerli, təmiz mal ətindən, standartlara uyğun şəkildə hazırlanan kolbasalar da var. Təəssüf edirəm ki, mağazalarda 70 faiz xarici ət və kolbasa məhsullarına yer verilir. Bu da istehlakçıların seçim hüququnda problem yaradır. Düşünürəm ki, marketlərdə hamı üzünü yerli mallara çevirməlidir, necə ki, vaxtilə bir nəfər deyirdi ki, hamı yerli mal alsın, xeyir vətənə qalsın, belə yanaşmalıyıq”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR