"Kristal Abşeron"un əyilmiş binalarının sakinləri təşvişdə - Deputatın şirkəti üçün insan həyatı heçnədir?

16 mart, 2023 09:59

“Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi var. Tribunainfo.az yazır ki, binanın əyilməsi bir yana, indi də şirkət problemi aradan qaldırmaq üçün binanın divarlarında deşiklər açıb, bərkitmə işləri aparıb. Bu üsulla əyilmiş binanı düzəltməyə çalışan şirkəti nə orada yaşayan sakinlər, nə də baş verə biləcək faciə maraqlandırır.

Hətta Türkiyədə baş verən dəhşətli zəlzələ və onun nəticələri də gözünü pul örtmüş “Kristal Abşeron” kimi tikinti şirkətlərinin rəhbərlərini narahat etmir. Məcburiyyətdən sözügedən binada yaşayan sakinlər köçəcək yerləri olmadığı üçün əyilmiş binada qalıblar. Ancaq tələbləri ondan ibarətdir ki, bina tez bir zamanda sökülsün.

Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb edir. Deputat bildirib ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, əyilən, çatı olan, problemli binalar sökülməlidir. Onun sözlərinə görə, Bakıda bu iş çox ləng aparılır:

“Bakıda kifayət qədər qəzalı bina var və hər birində də minlərlə sakin var. Bunların hamısı sökülməlidir. Bu gün söküntü işlərini dövlət deyil, özəl sektor aparır. Onlar da əsasən hansı söküntüdən onlara daha çox gəlir gəlirsə, birinci o binaları sökürlər. Türkiyədəki zəlzələdən sonra binalarda monitorinqlər aparılacağı deyildi. Ancaq hələ ki, belə yoxlamanın aparıldığı gözə dəymir.

Bakı şəhərində “Kristal Abşeron” şirkətinə məxsus əyilmiş bina kimi həddən artıq təhlükə altında olan bina var.

Eynə bu bina kimi onlarla bağlı da heç bir tədbir görülmür. “Qobu Park-2” kompleksində əyilmiş bina ilə bağlı FHN yoxlayıb və rəy verib ki, bina təhlükəli deyil. Ancaq belə açıqlamalar hansısa faciə zamanı təhlükənin qarşısını almır. İnsanlar orada yaşamağa ehtiyat edirlər”.

Ekspert bildirib ki, sözügedən yaşayış kompleksində bina digər binadan gözəçarpacaq dərəcədə aralanıb. Bunun qarşısını alınmasa faciə böyük ola bilər: “Bərkidilmə işləri aparıla bilər. Ancaq təəssüf ki, şirkətin tikdiyi bina şəhərdən aralı olduğu üçün laqeyd münasibət var. Bina şəhərin mərkəzində olsaydı, çoxdan tədbir görülmüşdü.

Tikinti şirkəti hesab edir ki, onun işi binanı tikib təhvil verməkdir. Tək bu bina deyil, bunun kimi şəhərdə əyilmiş, qəzalı, təhlükəli minlərlə bina var. Şəhərdə binalar bir-birinə çox yaxındır. Əyilmiş binanın sökülməsinə qərar verilsə belə, bu özü də əlavə problem yaradacaq. Ona çox yaxın neçə bina var ki, bu əyilmiş binanın sökülməsini çətinləşdirəcək. Həmçinin həmin ərazi seysimik cəhətdən aktiv zonadır. Aşağı ballı təkanlarda belə faciə qaçılmaz ola bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR