"Qəbələ, Kürdəmir və Siyəzənə raketlər Qafan və Cermukdan atılıb..."
22 oktyabr, 2020 13:41
“Azərbaycanın möhtəşəm turizm mərkəzi sayılan və hərbi əməliyyatlar bölgəsindən çox uzaq olan Qəbələ şəhəri Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.
Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, SCUD tipli olduğu hesab edilən raketlər Ermənistanın Qafan və Cermuk rayonlarından atılıb.
“Ermənistanın dəliliyinin həddi-hüdudu yoxdur”, - deyə Prezidentin köməkçisi əlavə edib.