İtkin düşən tələbənin yaxınları İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər

17 mart, 2023 13:00

Martın 4-də İranda itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərlinin yaxınları martın 17-də İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar əlində "Fəridi geri qaytarın", "Fəriddən xəbər verin" tələbləri yazılmış plakatları tutaraq, tələbənin azadlığa buraxılması ilə bağlı şuarlar səsləndiriblər.

Səfərlinin yaxınları bildiriblər ki, o, İrana gedəndə dostlarından başqa heç kimə bu barədə xəbər verməyib. "İstədiyi qıza görə ora gedib. Martın 4-dən onunla bütün əlaqələr kəsilib", deyə aksiya iştirakçılarından biri bildirib.

Fərid Səfərlinin hüquqlarını müdafiə komitəsinin üzvü İlqar Hüseynli bildirib ki, Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova Berlində İran səfirliyində olub. "Orada ona bildiriblər ki, məsələ ilə yerli hakimiyyət məşğuldur. Bundan əlavə, Almaniya polisi də araşdırma aparır. Lakin bu qədər cəhdlərimizə baxmayaraq, Fəridin onun harada və hansı vəziyyətdə saxlanması, taleyi ilə bağlı hər hansı məlumat vermirlər", deyə Hüseynli bildirib. 

Aksiya iştirakçıları İran hökümətindən Fərid Səfərlinin ailəsi ilə ünsiyyət qurmasına şərait yaradılmasını tələb ediblər.

Aksiya zamanı hər hansı insident baş verməyib.

Xarici İşlər Nazirliyi Fərid Səfərlinin İranda itkin düşməsi ilə bağlı məlumata aydınlıq gətirilməsi məqsədilə İran səfirliyinə nota ünvanlayıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR