Zakir Fərəcovu həbsə aparacaq DOSYE...

27 mart, 2023 13:28

Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Bu dəfə də nəticənin eyni olacağı gözlənilir. “Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Z.Fərəcov haqda cumhuriyyet.az olaraq apardığımız araşdırmanın bəzi ilginc məqamlarını diqqətinizə çatdırırıq:

Prezidentə söylənilən yalan

Fərəcovun iş prinsipi belədir ki, malın-mülkün əlindən alınsa da susmalısan, əks halda, malınla, pulunla bərabər azadlığını, həyatını da itirə bilərsən. Necə ki, belə hadisə iş adamı Ruslan Allahverdiyevlə baş verib. Bir neçə il bundan əvvəl Sumqayıt şəhərinin girişinin, dəniz bulvarının abadlaşdırılmasında iştirak edən, lakin halal pulunu ala bilməyən iş adamları Prezident aparatının qarşısına gedərək Z.Fərəcovdan şikayət ediblər. Daha sonra iş adamları Sumqayıta çağrılaraq pullarının veriləcəyi vəd edilir. İş adamları da sevincək Sumqayıt şəhər icra hakimiyyətinə özlərini çatdırıblar və pul əvəzinə… borcunu istəyən Ruslan Allahverdiyev polis tərəfindən həbs edilir. Eyni üsullar bu gün də dövriyyədədir. Belə ki, icra başçısı borclu olduğu sahibkarlara yalan vədlər verib onlara ölkə rəhbərinin adına məktublar yazdırır.

Sahibkarlara gəlinən kələk

Sumqayıt şəhərində Z.Fərəcov tərəfindən haqqı tapdalanan, müflisləşən iş adamlarının sayı hesabi yoxdur. Onlardan şəhərin abadlaşmasına vəsait xərcləyən təkcə 11 nəfər zərərçəkmişə Z.Fərəcovun verməli olduğu borc—iki milyon manatdan artıqdır.Sumqayıtda abadlıq işləri düz 2 il bundan qabaq başa çatıb, iş adamlarının pulu isə hələ də verilib qurtarmır. Z.Fərəcovun verəcəyi isə 8 milyon manatdır, onun öz sərvətlərinin dəyərinin milyonda biri qədər…

Tenderlə talanan milyonlar

Gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb.

Gömrüyə və Paşabanka olan borclar

Gələn məlumatlar arasınd maraq doğuran məlumatlardan biri də Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 mln, Paşabanka 4 mln.800min manat borclu olmasıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə bu pulların Z.Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulava verildiyi bildirilir. Məsələ ilə bağlı o dövrdə ölkə mediasında yer alan xəbərdə deyilir: “dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib. Əslində onun ölkədən qaçması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və Zakir Fərəcovun nəzarətindən heç Yalamaya qədər də gedə bilməz”.

Müəmmalı qətllər

Z. Fərəcovla bağlı mediada yayılan iddialard ölüm olayları xüsusi yer alır. Belə ki, 3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər.

İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.

Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır. İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir.

Müəyyən hazırlıq işləri görən M.Ağayev əlavə daha 40 min ABŞ dolları tələb etmişdir. A.Aslanovun əlavə məbləğdə pul verməkdən imtina etməsi səbəbindən Z.Fərəcova qarşı terror aktı baş tutmamışdır.

Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir.

Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir.

Bu zaman onun ilk dəfə cinayət törətməyə cəhd etməsi, ailə vəziyyəti, eləcə də xəstəliyi nəzərə alınmamış, ömürlük gedər gəlməzə göndərilmişdir.

A. Aslanovun səhhəti ağır olduğu halda, məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçir, faktiki onu işgəncəyə məruz qoyur , bununla da göz görə-görə ölümə məhkum edir. Beləliklə də vaxtında zəruri tibbi yardım ala bilməyən A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.

Bu gün tam toxunulmaz hesab edilən Z. Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır. Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır.

Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir. Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir.

Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə, o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır.

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov Z.Fərəcovla bağlı açıqlaması:

İlk olaraq, bizim evləri dayandırdı, iki ay sonra icazə verdiyi evləri sökdürməyə başladı. Polis rəisi məni tutmaqla hədələyib, şöbədə xeyli saxladı. İdmançı olmağım meni xilas etdi həmin vaxt.

Prezidentə müraciət yazdım, surətini başçıya verdim. Açığı, prezidentə göndərməyi özümə sığışdırmadım. Qorxutmaq üçün belə etdim. 300 000 manat ziyana düşdüm. Ən çətini sakinlərə çıxarış verə bilməməyim oldu.

“AAAF Park” layihəsinə başlayanda fikirləşdim ki, bu, kiçik evlər deyil. Obyekti əlimdən almaq istəyəcəklər.

Bilirdim çox çətin olacaq, ona görə bu Quran ayəsini reklam kimi böyük ölçüdə parkın hər yerinə vurdum və niyyət etdim ki, burada hər şey Allah rızası və ağır atletikanın inkişafı üçün olacaq.

Sərəncam almağa gedəndə, Zakir müəllim əsəbiləşmişdi ki, mən oranı cənab prezidentə demişdim, bankdan alacaqdım və 200 milyon pul qazanacaqdım. Aramız yaxşı idi, dedim müəllim başqası almayıb ki, mən almışam, narahat olmayın.

Əslində gec bildim ki , Beynəlxalq Bankın əlindən almaq istəyirmiş bu obyekti. Yoxsa həqiqətən bu işə girişməzdim. Bir də baxdım ki, bu adam bu qədər bunun üçün iş gördüyüm halda “Sevil Massivi” ilə birgə mənim də “torbamı tikib”.

Məni ləkələmək üçün hər yola əl atdılar. Özləri problem yaradıb, “moşennik” kimi bizləri qələmə verməyə çalışırlar. Şərəfsizlərin dərsini tək verən insanam.

Çox istəyiblər ki, qaçam Azərbaycandan, amma bunu görməyəcəklər. Və bu gün bilirəm ki, respublikanı biz düzəltməsək, gələcək nəsillər bizi bağışlamayacaq”.

P.S. İcra başçısının bağ evinin qarşısında duran polisin ölümünün detalları növbəti yazımızda.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"