Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?

27 mart, 2023 13:33

“Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkənəm deyə, bu qiymət artımını hiss edəcəyəm”.

Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.

O, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb.

R.Quliyevin sözlərinə görə, qiymət artımının bir neçə kökü var:

“Bu, dünyada gedən inflyasiyanın təsiridir ki, Azərbaycandan da yan keçməyib. Azərbaycanda siqaret fabrikləri var, amma onlar siqareti tam komplektləşdirmək üçün komponentləri xaricdən alırlar. Siqaret istehsalı üçün isə 27 komponentdən istifadə edilir. Onların ən azı 80%-i Azərbaycana xaricdən gətirilir ki, bunun da qiymətə təsiri özünü büruzə verir. Yəni qiymət artımı, bir növ, idxaldan başlayır”.

Deputat bildirib ki, dünya bazarında tütünün də qiyməti qalxıb:

“Bunun səbəbi ümumi inflyasiyaya, həm də bir çox ölkələrdə tütünün becərilməsinə subsidiyaların ləğvidir. Bu da tütün məhsullarına qarşı mübarizə ilə bağlıdır. Dünya inflyasiyanın öhdəsindən gələ bilmir. İstəsək də, istəməsək də qiymət artımı olacaq. Onun qarşısını almaq üçün yalnız yerli istehsal artırılmalıdır. Əgər yerli istehsal məhsulu və yerli komponentlər bol olsa, onda inflyasiyanı müəyyən dərəcədə cilovlamaq olar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR