Azərbaycanda ət niyə bahalaşır?

28 mart, 2023 12:56

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı ötən il də azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-nə iribuynuzlu heyvanların sayı 2 milyon 628.6 min, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 772.1 min baş təşkil edib. Bir il əvvəllə müqayisədə iribuynuzlu heyvanlar 0.8 faiz (20.2 min), xırdabuynuzlu heyvanlar isə 1.6 faiz (127.6 min) azalıb. Azalma 2016-cı ildən davam edir.

Bununla paralel ət idxalı da artıb. Bu ilin yanvar-fevralında Azərbaycana 7 min 322 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 137 ton və ya 1.9 faiz çoxdur.

Amma Kənd Təsərrüfatı Nazirliyindən Turana bildirilib ki, 2021-ci illə müqayisədə ötən il ölkədə diri çəkidə ət istehsalı 3, süd 1.9, yumurta istehsalı isə 9.8 faiz artıb: "Ötən il Azərbaycanda diri çəkidə 628 min ton ət, 2 milyon 264.7 min ton süd, 2 milyon 18.1 min ədəd yumurta istehsal olunub".

Ekspert Vahid Məhərrəmov son 7 ildə heyvanların baş sayında ciddi azalmaya diqqət çəkir: "Örüş sahələrinin və ot istehsalının azalması səbəbindən fermerlər, kəndlilər heyvanlarını məcburi kəsimə veriblər. 2016-cı ildən bəri ət istehsalında baş verən artımın əsas hissəsi məhz məcburi kəsimə verilən və ölkəyə, əsasən, kəsim üçün gətirilən heyvanların hesabına mümkün olub".

O xatırladır ki, Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qida normasına görə, il ərzində adambaşına 78 kiloqram ət və ət məhsulları tələb olunur: "Bu da Azərbaycan əhalisinin sayını nəzərə alanda il ərzində kəsilmiş şəkildə 789 min ton ət istehsalı deməkdir. Azərbaycanda 2021-ci ildə ət istehsalı 357.7 min ton təşkil edib. Bunun da təxminən 10 min tonu ölkəyə idxal edilən diri heyvanların hesabına mümkün olub. Yəni 2021-ci ildə real olaraq ölkədə 342.5 min ton ət istehsal edilib ki, bu da adambaşına 33.8 kiloqram deməkdir".

Onun sözlərinə görə, ölkədə ət və ət məhsulları ilə özünü təminetmə 43.4 faiz təşkil edir.

Məhərrəmli deyir ki, dünyada ət ucuzlaşdığı halda, Azərbaycanda bahalaşmaqda davam edir: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) mart ayında yaydığı hesabatda ətin qiymətinin ardıcıl 7 ay endiyini qeyd edib".

Ekspertin fikrincə, Azərbaycanda ət və ət məhsullarının bahalaşmasının çox ciddi səbəbləri var: "Ölkədə tələbatdan iki dəfə az ət istehsal edilir. Ət istehsalının az olmasının da ciddi səbəbləri var. Bunlardan biri də Azərbaycanda yem bazasının çox zəif olmasıdır. Hökumət hələ "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda yem bitkilərinin əkin sahələrini 500 min hektara, yüksək keyfiyyətli balanslaşdırılmış qarışıq yem istehsalını isə ildə 2 milyon tona çatdırmağı qarşıya məqsəd qoyub".

Onun sözlərinə görə, yem bitkilərinin əkin sahəsi 2015-ci ildə 428.6 min hektara qədər artırılıb, lakin sonra əks proseslər gedib: "Sonrakı illərdə əkin sahələri 11.5 faiz azalaraq 2021-ci ildə 379.2 min hektara düşüb. Həmin Dövlət Proqraminda 2015-ci ilədək yüksək keyfiyyətli balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq planlaşdırılsa da, 2015-ci ildə cəmi 12.9 min ton, 2021-ci ildə isə 192.9 min ton qüvvəli yem istehsal edilib. Bu da hələ 15 il əvvəl nəzərdə tutulduğundan 10.3 dəfə azdır".

Bu ilin əvvəlindən Azərbaycanda mal və qoyun əti 25-30 faiz bahalaşıb.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"