Nərimanovun varisindən ittihamlara cavab - "Bizdə Qarabağ və Zəngəzurla bağlı sənədlər var"

03 aprel, 2023 12:37

Nəriman Nərimanovun varisi - qardaşı qızının nəvəsi Kamilə Hüseynova mərhum dövlət xadiminin Bakıdakı heykəlinin sökülməsi ilə bağlı fikirlərə münasibət bildirib.

Bu barədə modern.az-a açıqlama verən K.Hüseynova deyib ki, sosial şəbəkələrdə Nəriman Nərimanovla bağlı səsləndirilən tənqidi fikirlər həqiqəti əks etdirmir:

“Nəriman Nərimanovun Bakıdakı heykəli onun 100 illik yubileyi münasibəti ilə qoyulub. Mərhum Prezident Heydər Əliyev heykəlin qoyulması üçün iki il Moskva və ermənilərlə mübarizə aparıb. Bəlkə də, bunu hamı bilir. Hesab edirəm ki, heykəlin sökülməsini istəyənlər bu qədər zəhməti heçə sayanlardır".

K.Hüseynova qeyd edib ki, Nəriman Nərimanovla bağlı doğru olmayan informasiyalar paylaşılır:

“Guya onun Qarabağla bağlı hansısa sənədə qol çəkdiyini deyirlər. Halbuki, Nərimanov Qarabağın ermənilərə verilməsinə qarşı çıxıb. Bu barədə protokol və sənədlər var. Hazırda həmin sənədlər muzeydə saxlanır. Zəngəzurla bağlı sənədlər də mövcuddur. Hamı bildi-bilmədi danışır. İnsanlarda çaşqınlıq yaratmaq düzgün deyil. 70 ci illərdə Heydər Əliyev Nəriman Nərimanovun bütün arxivlərini açdırdı. Əgər Heydər Əliyev kimi dünyaşöhrətli siyasətçi Nərimanova o cür qiymət veribsə, məncə, başqa kimsənin danışmaq haqqı yoxdur. Heykəlin sökülməsinə gəlincə, mən, ancaq münasibət bildirə bilərəm. Bu,artıq dövlət orqanlarının məsələsidir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki büstünün sökülməsi barədə məlumat yayılıb. Büstün götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar Nərimanovun Bakıdakı heykəlinin də sökülməsi təklifi edib.

Xatırladaq ki, 1972-cı ildə dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun heykəli Bakının Yasamal rayonunda ucaldılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR