"Seçkini qazansaq, ABŞ təxribata əl atacaq" - Türkiyəli hərbi ekspert

05 aprel, 2023 14:35

Türkiyədə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca rəqib namizədlər arasında mübarizə şiddətlənir.

Gərgin şəraitdə keçəcəyi gözlənilən bu seçkidə prezidentlik uğrunda "Cümhur İttifaqı"ndan Prezident Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"ndan Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasından Məhərrəm İncə və "ATA İttifaqı"ndan Sinan Oğan mübarizə aparacaqlar.

Bəs, Türkiyənin gələcəyini şəkillədirəcək bu seçimlərdə kimin şansı daha çoxdur?

Mövzu ilə bağlı türkiyəli hərbi ekspert, sabiq kəşfiyyat polkovniki Coşkun Başbuğ bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, Türkiyədəki seçki yalnız bu ölkə vətəndaşlarını deyil, bütün dünyanı, xüsusilə Türk dünyasını yaxından maraqlandırır.

Ekspertin sözlərinə görə, bu seçki Türkiyə tarixində ən kritik seçki olacaq:

"Həqiqətən gələcək yüz ilə öz təsirini göstərəcək bir seçimdir. Bu seçkidə "Cümhur İttifaqı" və cənab Ərdoğan qalib gələrsə, Türk dünyası və Türkiyənin yolu çox aydındır. Ancaq ABŞ-ın dəstəklədiyi "Millət İttifaqı" iqtidara gələrsə, başda Türk dünyası olmaqla hamımızı çətin günlər gözləyir".

Ekspert deyib ki, bu yaxınlarda Ermənistan rəhbərliyinin Azərbaycana göndərdiyi mesaj təsadüfi deyildi:

"Paşinyan ötən günlərdə prezident İlham Əliyevə mayın 14-nü işarə edərək mesaj göndərmişdi. Bu mesajda o, əgər "Millət İttifaqı" seçilsə, Ermənistan itirdiklərini geri alacaq deyə bir cümlə qurmuşdu. Bu cümləyə çox diqqət edilməlidir. Bunlar boş sözlər deyil. Eynilə, Amerika,Yunanıstan, bütün Avropa paytaxtları Türkiyədəki seçkiləri ciddi şəkildə gözləyir. Buna görə də vəziyyət çox kritikdir. Amma indiki mənzərə Prezident Ərdoğanın təmsil olunduğu "Cümhur İttifaqı"nın seçkilərdə qalib gələcəyini göstərir”.

Coşkun Başbuğ qeyd edib ki, küçələrə çağırış məsələsi gündəmə gələndə artıq Türkiyədə siyasi oyunların başladıdığını demək olar:

“Seçkini qazansaq, ABŞ tərəfindən təxribat xarakterli addımlar planlaşdırıla bilər. Millət olaraq prosesi yaxından izləməli və bu tələyə düşməməliyik. Dövlət təhlükəsizlik tədbirləri görür. Biz insanlara belə bir təhlükənin olduğunu deməyə çalışırıq. Ümid edirəm ki, xalq hadisələrin gedişatına uyğun olaraq düzgün mövqe tutacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR