Sahibkar qadınlar bir araya gəlir - İki təşkilat arasında memorandum imzalandı

11 aprel, 2023 11:12

Aprelin 7-də Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin Mərkəzi Qərargahında Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası ilə qarşılqılı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bununla bağlı təşkil olunan tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan  Respublikasının Dövlət Himni ilə açıq elan olunub.

Mərasimdə giriş nitqi söyləyən Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini, Təhsil Müəssisələrinin Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının İdarə Heyətinin üzvü, təhsil meneceri Afaq Əliyeva  bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açır və hər bir Azərbaycan vətəndaşı bu inkişafın nəticələrini öz gündəlik həyatında hiss edir. A.Əliyeva sahibkarlığın inkişafı istiqamətində fəaliyyət göstərən ictimai birliklərin səylərinin gücləndirilməsinin vacibliyindən bəhs edib. Əlavə edib ki, Azərbaycan Sahibkar Qadınlar  İctimai Birliyi ilə Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında Anlaşma Memorandumunun imzalanması da məhz bu məqsədə xidmət edir.

Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təsisçisi və sədri, Tərəqqi medalı, III Dərəcəli Əmək ordeni laureatı, tanınmış sahibkar, “Qızıl əllər” şirkətinin təsisçisi Zenfira Ağayeva çıxışında vurğulayıb ki, sahibkarlığın inkişafı və tərəqqisi müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, bu siyasət bu gün də onun varisi, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının təsisçisi və sədri, “Meridian” Humanitar İctimai Birliyin sədri və təsisçisi, “Uğur” tikinti şirkətinin prezidenti, “Baby Hall” körpələr evi – uşaq bağçasının sahibi və rəhbəri, “Beauty Hall” sağlamlıq və gözəllik mərkəzinin sahibi Vəfa Əfəndiyeva söyləyib ki, ölkə prezidentinin apardığı siyasət iş adamlarının qarşısında geniş üfüqlar yaradır. O deyib ki, sahibkarlar və şirkətlər arasında əməkdaşlığın artırılması labüddür.

Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, sahibkarların yetişdirilməsi istiqamətində yeni texnologiyaların və innovativ proqramların tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi istiqamətində təcrübə mübadiləsi təşkil edilməlidir. “Azcosmetics Qrup” şirkətinin təsisçi və direktoru Ulduz Xanlarova, Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının sədr müavini, “Top tours”  turizm  şirkətinin təsisçisi və direktoru,  “Hlorella Newbio Baku” şirkətin  rəsmi nümayəndəsi, “Zenith Group” şirkətinin satış  direktoru,  “Chokolama”  markalı  şokolad  məhsullarının istehsalçısı İlhamə Şirinova hər iki təşkilat arasında elmi-praktik əməkdaşlıq, innovasiyaların tətbiqi, kadr hazırlığı, məlumat mübadiləsinin aparılması, mütəxəssis və peşəkarların cəlb olunması, tədbir, konfrans, seminar və görüşlərin keçirilməsinin əhəmiyyətini  qeyd ediblər.

“CVM  Jewellery” “Vəsfi   Xarə” şirkətlərinin təsisçi  və direktoru, “Umay” Türk  dünyası  qadınlarına  dəstək  İctimai Birliyinin sədri Vəsilə Abulova söyləyib ki, iki tərəf arasında yeni layihələrin işlənməsi sahəsində hüquq bazasının təkmilləşdirilməlidir.

“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin təsisçisi və sədri, “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud isə iki birlik arasında etibarlı tərəfdaşlığın vacib olduğunu diqqətə çatdırıb.

Yekunda Azərbaycan Sahibkar Qadınlar  İctimai Birliyinin baş ofisində Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR