Restoranlarda qiymətlər niyə artıb?

28 aprel, 2023 14:00

Son vaxtlar restoranlarda da qiymətlər artıb.

Belə ki, restoran sahibləri bu il menyuların qiymətində təxminən 8-15 faiz arasında bahalaşma olduğunu deyirlər.

Bəs, qiymət artımının əsas səbəbi nədir?

Məsələ ilə bağlı bakupost.az -a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki bazar iqtisadiyyatının fundamental şərtlərindən biri tələb-təklif faktorudur:

 

"Restoranlarda qiymətləri tənzimləmək üçün mexanizm yoxdur. Bu bazara müdaxilə etmək gələcəkdə çox ciddi iqtisadi problemlərin, eləcə də qıtlığın yaranmasına səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, mövcud qiymət artımı ötən ildən başlayaraq davam edən inflyasiya ilə bağlıdır:

“Restoran qiymətlərinin artması ilə bağlı hər hansı müşahidə və qiymətləndirmə aparmamışam. Amma belə bir hal varsa, bu, 2022-ci ildə başlayan və 2023-cü ilin əvvəlində də davam edən bahalaşma ilə əlaqədardır. Bahalaşma birbaşa məhsulun maya dəyərinin artmasına səbəb olur. Eyni zamanda, işçilərin əmək haqqının artırılması zərurəti ortaya çıxır. Əmək haqqını artırmaqla məhsuldarlığı qorumağı, işçilərin işə meyilliliyini təmin edirlər”.

R.Həsənov qiymətin formalaşmasına təsir edən digər faktorlara da diqqət çəkib:

“Qiymətin formalaşmasında əsas səbəb təkcə maya dəyəri deyil. Alıcılıq gücü, tələb-təklif məsələləri də burada əsasdır. 2023-cü ilin əvvəlindən başladılan sosial paket əhalinin gəlirlərinin artması ilə nəticələnəcək. Bazar iştirakçıları, xidmət təklifçiləri də bu imkandan yararlanaraq öz mənfəət normalarını qəbul olunan formada saxlamağa çalışacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR