"5 manat qazanırsınız, millətin əxlaqını pozmağa çalışmayın" - Siyavuş Novruzov
02 may, 2023 13:06

“Bəzi telekanallar başqa ölkələrdən götürdükləri verilişləri Azərbaycanda tətbiq edir”.
Bunu bu gün Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər: “Rusiya başqadır, bizim mənəviyyatımız, əxlaqımız fərqlidir. Ona övladı, nəvəsi baxır. 5 manat qazanırsınız, başa düşürük, amma millətin əxlaqını pozmağa çalışmayın”.