Terror xəbərdarlığı... - Düşmən içimizə necə sıza bilər?

23 oktyabr, 2020 12:11

Sülhəddin Əkbər və Qabil Hüseynli hesab edir ki, terroru təkcə Ermənistan deyil, işğalçının arxasındakı qüvvələr də törədə bilər: “İçimizdə düşmənin havadarlarının gizli mənbələri var, bəziləri aşkara çıxarılıb, DTX və DİN-in yanında olmalıyıq”

Düşməndən hər cür xainlik, cinayətkarlıq, vandallıq gözləmək olar. Ələlxüsus, ermənilərin itki verər-verə geri çəkildikləri zamanda terror aktları planlaşdırdığı istisna deyil. Elə Gəncəyə iki dəfə raket atılması, insanların gecə yatdığı yerdə qətlə yetirilməsi bariz sübutdur ki, qarşımızda alçaq xislətli düşmən var.

Ona görə Azərbaycanın hüquq-mühafizə orqanları qabaqlayıcı tədbirlər görür, təhlükəsizliyi gücləndirir, vətəndaşları ayıq-sayıq olmağa çağırır. Çünki erməni terroru riski var və Dövlət Təhükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi tez-tez əhalini xəbərdar edirlər, şübhəli şəxs gördükdə məlumat verməyə çağırırlar. 

Əslində komendant saatının tətbiq olunması, o cümlədən metronun fəaliyyətinin dayandırılması, vətəndaşlara kütləvi yerlərdə çox toplaşmamaq çağırışları da məhz önləyici tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Amma qeyri-ixtiyarı suallar meydana çıxır ki, düşmən içimizə necə sıza bilər, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu halda terrorçular ölkəmizə necə həmlə edə bilər? Ümumiyyətə, sayıqlığımızı necə qorumalıyıq?

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə siyasi ekspert Sülhəddin Əkbərin fikrincə, kəşfiyyat-təxribat xarakterli əməlləri, terroru təkcə Ermənistandan və Qarabağdakı qondarma rejimdən gözləmək lazım deyil. AzDP sədrinin “Yeni Müsavat”a bildirdiyinə görə, işğalçıların arxasında olan dövlətlərin, qurumların, hətta üçüncü başqa güclərin əli ilə terror törədilə bilər. 

S.Əkbər hesab edir ki, müharibə tamamilə başa çatdıqdan sonra rəsmi və qeyri-rəsmi mənbələr bu haqda geniş danışmağa başlayacaqlar:“Bilirsiniz ki, içimizdə düşmənin havadarlarının gizli mənbələri var. Hətta onların bəziləri aşkara çıxarılıb və yeri gələndə bütün məsələlər aydınlaşacaq. Təəssüf ki, bu məsələlər barəsində vaxtında tədbirlər görülməyib, indi bu problemlər meydana çıxıb. Ona görə biz Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin yanında olmalıyıq, onlara kömək etməliyik, bu, həm də vətəndaş borcumuzdur. Çünki müharibə aparırıq, Ordumuz irəliləyir, bu da düşməni qəzəbləndirir və qeyri-insani addımlara sövq edir. Əhalimiz də görür ki, ermənilər harada imkan varsa, fərqinə baxmadan ora vururlar. Odur ki, terror da savaşın assimetrik bir növüdür və əhalinin sıx toplaşdığı yerlərdə, strateji obyektlərdə sayıqlığı itirməməliyik”.

Partiya sədri əhalini ayıq-sayıq olmağa çağırdı və nüansları açıqladı: “Vətəndaşlarımız yaşadığı ərazidə heç vaxt görmədiyi adam görürsə, həmin şəxs həyəcanlıdırsa, qeyri-adekvat davranırsa, diqqəti cəlb edir, dərhal məlumat verməlidirlər. Sadəcə, diqqətli olmalıyıq, panikaya düşmək lazım deyil, müvafiq orqanlara məlumat vermək lazımdır. Amma həmin qurumlar da vətəndaşlara yuvarlaq nömrə verməlidirlər ki, insanların yadında qalsın, tez-tez reklam olunmalıdır ki, vətəndaşların beynində yenilənsin. Yeri gəlmişkən, metronun bağlanmasının tərəfdarı idim və bu təkliflə çıxış etmişdim”.

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, birinci Qarabağ savaşında düşmənin terrorçu mahiyyətini görmüşük. Onun sözlərinə görə, o zaman metronun, daha sonra Bakı-Şəmkir avtobusunun partladılması erməni terroru idi. “O zaman düşmən bəzi vətəndaşlarımızı ”verbovka" edir və terror aktı törədirdi. Bu barbar xislətli ermənilər hər zaman terror törədə bilirlər. Bu gün də Gəncəyə, Tərtərə, Kürdəmirə atılan raketlər terrorun bir formasıdır. Onların niyyəti cəmiyyətdə panika yaratmaq, əhalidə ruh düşkünlüyü formalaşdırmaqdır. Nəzərə alsaq ki, Bakıda 30 mindən çox erməni yaşayır, üstəlik, “beşinci kolon”un nümayəndələri azərbaycanlı olsalar da, yanıqlıdırlar, var-dövlətlərini qorumaq üçün həvəslə düşmənin tapşırıqlarını yerinə yetirə bilərlər. Bu baxımdan hüquq-mühafizə orqanlarının xəbərdarlığı sıradan deyil", - deyə ekspert vurğuladı.

Q.Hüseynlinin fikrincə, Azərbaycan dilini bilən və Rusiya vətəndaşlığı adı altında saxta pasportla ölkəmizə terrorçu göndərilə bilər: “Bu xəbərdarlıqlar əsaslıdır, kifayət qədər yoxlanılmış məlumatlara əsaslanır. Bizim onların tərəfində olan agentlərimiz, bizə xəbər daşıyanlar var və bu xəbərdarlıqlara ciddi yanaşmalıyıq. Ehtimal edilən təhlükəni qorumaq üçün ayıq-sayıq olmalıyıq. Şübhəli bağlama, çanta görəndə belə diqqətdən yayınmamalıdır. Həmin əşyanın qeyri-adekvat bir yerdə qoyulması insanı düşündürməlidir. Odur ki, hamılıqla bugünlərdə ayıq-sayıq olmalıyıq, dövlətə kömək etməliyik”.

Yeri gəlmişkən, 1994-cü ildə milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Azər Aslanov erməni terrorbaşı Zori Balayanla görüşmüş, onun təlimatı əsasında Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında partlayış törətmişdi. Nəticədə 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmçinin eyni ildə Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə sübut edib ki, terror Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 21-də DİN yenidən vətəndaşlara müraciət edib: “Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq, təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng mərkəzinə məlumat verilməlidir. Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"