Milyarder Fərhad Əhmədov 90 min manat borcunu ödəmir - Məhkəməyə verilir

04 may, 2023 14:37

Milyarder Fərhad Əhmədov iş adamı Ruslan Hüseynova olan borcunu ödəməkdən yayınır. 

Bu barədə Qaynarinfo-ya Ruslan Hüseynovun özü bildirib. Onun sözlərinə görə, borcun məbləği 90 min manatdır.

"Mən "HAVİSSOS” MMC-nin təsisçisi və direktoruyam. Şirkətimiz ventilyasiya, isitmə, soyutma və su təchizatı, qısaca VİSST sistemlərinin quraşdırılması və və montajı ilə məşğuldur. 2016 -cı ildən Fərhad Əhmədov ilə əməkdaşlığa başlamışıq və bir neçə obyektində VİSST sistemlərinin montajını icra etmişik. Görülən işlər qarşılıqlı müqavilə əsasında icra olunub. Həmçinin dəfələrlə yerli və xarici audit şirkətləri tərəfindən yoxlanılıb. 

Göyçay rayonunun Potu kəndində, Fərhad Əhmədova məxsus rezidensdə 30 yanvar 2019 tarixli müqavilə əsasında VİSST sistemlərinin montajını icra etmişik. İşlər 2 ildir bitməsinə və hazırda sifarişçinin istismarında olmasına baxmayaraq, müqavilə məbləğinin geri qalan 10% hissəsi, yəni, ƏDV daxil 53 131,70 AZN  ödənilməmiş qalıb”, deyə Ruslan Hüseynov bildirib. 

 

İş adamının sözlərinə görə, bundan başqa, İsmayıllı rayonunun Kürdmaşı kəndində inşa edilən Fərhad Əhmədova məxsus rezidensiyanın həyətində "Peyzaj suvarma” sistemlərinin montajı işləri görülüb. 

Ruslan Hüseynov bildirib ki, bununla da bağlı müqavilə var: "İş artıq 4 ildən artıqdır təhvil verilib. Amma Fərhad Əhmədov ƏDV daxil 36 364,35 AZN borcu ödəmək istəmir. Dəfələrlə yazılı və şifahi xahişlər etməyimizə baxmayaraq Fərhad Əhmədov bizə olan borcu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır”, deyə iş adamı əlavə edib. 

 

Ruslan Hüseynov deyib ki, artıq milyarderi məhkəməyə vermək qərarına gəlib: "Yəqin ki, yaxın vaxtlarda məhkəməyə də müraciət edəcəyik. Biz hüquqi dövlətdə yaşayırıq. Hamı qanun qarşısında bərabərdir. Bizim işimizdə hər hansı nöqsan yoxdur. Audit yoxlamaları da aparılıb, hər şey qaydasındadır. Amma Fərhad Əhmədov faktiki olaraq gücündən istifadə edib bizim pulumuzu vermək istəmir”.

Ruslan Hüseynov Fərhad Əhmədovla imzalanan müqavilələrin də surətini redaksiyaya təqdim edib. Müqavilələrdən də görünür ki, Fərhad Əhmədov öhdəliklərə əməl etmir. 

Fərhad Əhmədov Rusiya vətəndaşıdır. Azərbaycanda da biznes obyektləri var. Hazırda adı bir sıra qalmaqallarda hallanır. Bunların sırasına müxtəlif iş adamları ilə aralarında maliyyə problemlərinin olması da daxildir. 

Ruslan Hüseynovun iddiaları ilə bağlı milyarderin də mövqeyini öyrənməyə çalışdıq. Lakin çoxsaylı cəhdlərimizə rəğmən Fərhad Əhmədovla əlaqə yaratmaq mümkün olmadı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR