ÜST pandemiyanın bitdiyini elan etdi - Azərbaycan quru sərhədlərini açır?

09 may, 2023 12:44

“Dünya ölkələri xüsusi karantin rejimindən COVİD-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilər”. Bu barədə iki gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVİD-19) bağlı 15-ci iclasında deyib. 

İclasda komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, Qebreyesus COVİD-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. Beləcə, qurum pandemiyanı rəsmən ləğv edib.

Qebreyesus eyni zamanda bildirib ki, bu qərar COVİD-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVİD-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.

Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal “xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilib. Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.

Azərbaycan ÜST-in bu qərarından dolayı hansı əlavə addımlar atacaq? Quru sərhədləri açılacaqmı?

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, artıq pandemiya ilə bağlı vəziyyət stabildir: “Hər ölkənin sabit yoluxma sayı var. Bu, təbii ki, hələ sıfır olmayıb. Bəzilərində bir az çox, bəzilərində bir az. ABŞ-da yoluxma sayı hələ var. Çin, Tayvan, Yaponiya, Şimali Koreyada yoluxma sayı hələ də kifayət qədərdir. Amma yoluxma sayı sabitdir, artmır, bir ölkədən digər ölkəyə keçmir. Belə olan halda da bu endemik vəziyyət adlanır. ÜST də artıq bu açıqlamanı verdi. Çünki pandemik vəziyyəti qaldığı müddətcə əlavə xərclər, məsrəflər var. Əlavə enerji tələb olunur. Buna ehtiyac olmadığı üçün bu qərar da gözlənilən idi. Təbii ki, Azərbaycanda da Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-in qərarlarını əsas tutur və buna uyğun da tədbirlər görülür. İndi bunun müəyyən təsiri olacaq. Yeni bir addım atmağa ehtiyac yoxdur. Sadəcə olaraq, karantin qaydalarının əksər hissəsi ləğv olunub, qalan hissələri də, fikrimcə, ləğv olunacaq. Amma quru sərhədlərin açılması barədə bir söz deyə bilməyəcəm. Ola bilsin, bunun səbəbi tək pandemiya deyil. Qonşu ölkələrdə müharibələr var, bunların da təsiri ola bilər.  Hər halda, bu, əsas götürüləcək. Amma bütün dünyada karantin qaydaları ləğv olunub”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev münasibət bildirməkdə çətinlik çəkdiyini deyib: “Çünki bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Onlar da qərarı hansı arqumentlərə əsas gətirərək edirlər, onu da biz bilmirik. Azərbaycanda koronavirusla bağlı epidemioloji situasiya sabitdir. Artımlar yoxdur. Vaksinasiya prosesi də kifayət qədər yüksək səviyyədə aparılıb. Artıq insanların maarifləndirilməsi işi də qaydasındadır. Üzü yaya doğru adətən epidemiyanın təhlükələri azalır. Belə bir halda nəyə görə sərhədlər bağlıdır, onu da biz deyə bilmirik. Nə zaman açılacaq, onu da deyə bilmirik. Çox arzu edərdik ki, hökumət vətəndaşlarımıza informasiya verərdi. Niyə sərhədlər bağlıdır? Nə qədər bağlı qalacaq? Səbəb nə ilə bağlıdır? Yay dövrüdür, turizmin ən aktiv vaxtıdır. Turizm Azərbaycanın qeyri-neft sektorunun əsas gəlir gətirən sahələrindən biridir. Hesab edirəm ki, bununla əlaqədar hökumət adekvat qərar qəbul etməlidir. Ya da insanlara adekvat ola biləcək informasiyanı verməlidir. Yəni izah etmək ki, bu, koronavirusla bağlıdır, buna görə quru sərhədləri açıq saxlayırıq. Yəni bu inandırıcı deyil. Bəzi hallarda insanların doğru olmayan fikirlərə gəlməsinə, şərhlər verməsinə gətirib çıxarır. Hər bir halda istənilən qərar əsaslandırılmalıdır. İnsanlara da inandırıcı məlumat verilməlidir. Arzu edirəm ki, Operativ Qərargah adekvat qərar qəbul etsin”. 

Deputat “Bəziləri deyir ki, karantin rejiminin tam ləğv olunmamasına qonşu ölkələrlə vəziyyət səbəbdir” sualına belə cavab verib: “Bu ola bilər, amma bunu da insanlara izah etmək lazımdır. Azərbaycan insanı nə edəcək, durub üsyan edəsi deyil ki. Əlbəttə, dövlətin maraqları var, milli maraqlar var. Quru sərhədlərin bağlanma səbəbini insanlara izah etmək lazımdır. İnsanlar hər şeyi başa düşür, doğru qiymətləndirir. Bizim hələ Ermənistanla münasibətlərimiz tam aydınlaşmayıb, sülh müqaviləsi bağlanmayıb. İranla bağlı gərginlik pik həddədir. Cənab Prezident də Şuşada söylədi ki, indiyə qədər İranla münasibətimiz belə aşağı səviyyədə olmayıb. Bunlar hamısı vətəndaşlarımız tərəfindən anlaşılan məsələlərdir. Hesab edirəm ki, insanları belə qeyri-müəyyən vəziyyətdə qoymaq da doğru deyil”. 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi