Prezidentin köməkçisi quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib
10 may, 2023 10:11

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda karantin rejimin uzadılması ilə bağlı məsələyə münasibət bildirib.
"Azsiyaset.com" bildirir ki, O, bu barədə "Oxu.az"a açıqlamasında bildirib ki, Azərbaycanda iyul ayının 1-nə kimi karantin rejimi davam edir:
“Ondan sonra isə karantin rejiminin uzadılması və quru sərhədlərinin açılması məsələsinə baxacağıq. Hələ ki heç nə bəlli deyil”.