Şəhid ailələri və müharibə əlillərinə 100 ev verilib

10 may, 2023 10:17

Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində, eləcə də Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi evi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib.

"Azsiyaset.com" xəbər verir ki, bununla da, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş evlərin sayı 4 760-a çatıb.

Bunun 260-ı bu il verilib. Ümumilikdə isə ötən dövrdə 13 560 mənzil və fərdi ev təqdim olunub.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Əliyev Ulu Öndərin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, qeyd edib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və bu illər ərzində uğurla davam etdirilib.

Nazir müavininin sözlərinə görə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Bu dəstək paketi çərçivəsində mənzil/fərdi evlə təminat proqramı 5 dəfə genişləndirilib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Dövlət başçısının tapşırığına əsasən, 2023-cü ildə azı 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara veriləcək.

Yeni mənzil və fərdi evlərlə təmin edilən vətəndaşlar daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR