Azərbaycan İnvestisiya Şirkəti Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb
10 may, 2023 18:56
“Azərbaycan İnvestisiya Şirkəti” ASC Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
"Azsiyaset.com" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, layihənin əsas hədəflərinə Azərbaycanda müasir tələblərə uyğun bioloji preparat və peyvənd istehsalı, idxaldan asılılığının azaldılması, mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, xarici təcrübənin tətbiqi və yerli mütəxəssislərin hazırlanması daxildir.