Obyekt sahibləri 200 manat cərimələnəcək - Xəbərdarlıq

11 may, 2023 12:08

Xəbər verdiyimiz kimi, "İcbari sığortalar haqqında" qanuna dəyişiklik olunub.

Belə ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçiriləcək. Bu yenilik daşınmaz əmlakın sığortasına nəzarəti asanlaşdıracaq. Eyni zamanda elektron sistem sığortası olmayan əmlak sahiblərinin müəyyən edilməsinə imkan verəcək. Sığortası olmayan mənzil və obyekt sahibləri isə cərimə olunacaqlar.

Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada həyata keçirilməsinin üstünlüklərindən danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, sığorta sahəsini inkişaf etdirmək sənədi olmayan əmlaklara çıxarış verilməli və ya hansısa formada onların mülkiyyət hüququ tanınmalıdır.

Ekspertin sözlərinə görə, yeni tənzimləmə sistemi büdcəyə xeyli gəlir gətirəcək. Eyni zamanda bu, yeni sığorta şirkətləri və iş yerlərinin açılması deməkdir:

“2022-ci ildə ölkədə mənzillərin 60 %-i kreditli yollarla satıldı. Bu da sığortalanmış əmlakların sayını artırdı. Sadəcə, sığorta məsələləri ilə bağlı düzgün maarifləndirmə işləri aparılmayıb. İndiyədək Azərbaycanda daşınmaz əmlakın sığortası könüllülük prinsipi əsasında idi. Yalnız hər hansı əmlak alqı-satqısı zamanı çıxarışlı əmlaklar icbari sığorta ilə sığortalanırdı. Ya da əmlak ipoteka və digər kredit şərtləri ilə satılılırsa, o zaman bankın tələbi ilə mütləq şəkildə sığortalanmalı idi. Paytaxt Bakıda mənzillər üçün icbari sığortanın qiyməti 50 manatdır. Dəymiş ziyan 25000 manata qədər qarşılanır. Bölgələr üçün sığorta qiymətləri fərqlidir. Statistikaya baxsaq, Bakı şəhərindəki əmlakların çoxu sırf kirayəlik əmlaklardır. Kirayə verilən evlərdə daha çox problemli məsələlər olur. İcbari sığorta etməklə il ərzində hansısa hadisə baş versə, sığorta şirkətləri dəymiş zərəri qarşılaya bilər. Lakin icbari sığortanın ciddiləşməsinin kirayə qiymətlərinə təsiri olmayacaq. Hazırda 100 minlərlə çıxarışı olmayan daşınmaz əmlaklar var. Bunlar istər fərdi həyət evləri, istərsə də yeni tikili binalarda müqaviləli mənzillərdir. Həmin evləri çıxarış olmadığına görə sığortalamaq olmur. Bu baxımdan onlara çıxarış verilməli və ünvan göstərilməlidir”.

Sığorta agenti Əflan Əliyev isə qeyd edib ki, şəxsin əmlak üzərində mülkiyyət hüququnu tanıyan bütün sənədlər üzrə icbari sığortanı həyata keçirmək olur.

Onun sözlərinə görə, yarımtikililər, qəzalı vəziyyətdə olan və söküntüsünə qərar verilmiş tikililər sığortalanmayacaq:

“Hələ ki cərimələr tətbiq olunmur. Elekron sistem hazırlanandan sonra yoxlamalar başlayacaq. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimələr tətbiq ediləcək. Bu, qanunda var. Qeyri-yaşayış sahələri üzrə səlahiyyət Fövqaladə Hallar Nazirliyinə, yaşayış sahələri üzrə isə icra hakimiyyəti orqanlarına verilib. Bu, sənədi olan bütün qanuni tikililərə aiddir. Bəzən sual verilir ki, bizdə ev çıxarış deyil, alqı-satqı müqaviləsi və yaxud digər sənədlərlə alınıb. Mütləq şərt deyil ki, çıxarış olsun. İcbari sığorta müqaviləsini bütün sənədlər üzrə qeydə almaq olur”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR