"Yeni Klinika"da insident - Xəsarət alan var

11 may, 2023 16:06

"Yeni Klinika"da tibb işçisi ilə pasiyent arasında insident olub.

Bunu klinikanın Media, Korporativ Kommunikasiya və PR üzrə mütəxəssisi İlham Məmmədzadə deyib.

O bildiirb ki, bir neçə gün öncə səhər saat 7:00 radələrində müayinə üçün müraciət edən Hüseynov Elxan Hüseynbaba oğlu adlı şəxs klinikanın növbə gözləmə aparatından özü ilə yanaşı müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib:

"Müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib. Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra E.Hüseynov ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən “şərəfsiz”, “küçük” kimi təhqiramiz ifadələr işlədərək “səni işdən çıxartdıracam”, “başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib".

İ.Məmmədzadənin sözlərinə görə, vətəndaş qeydiyyatçının əlində olan növbə sənədlərini almaq üçün onun üzərinə hücum edərək ona zor tətbiq edib sağlamlığına zərər yetirib, qollarını yaralayıb:

"Bu faktla əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin vasitəsilə məhkəmə-tibbi ekspertizasından keçirilib. Bundan əlavə Hüseynov Elxan Hüseynbaba oğlu qanunvericiliyin tələblərinə zidd olaraq heç bir icazə olmadan gizli surətdə müəssisənin daxilində video və foto çəkilişlər edib. İctimai yerdə, çox saylı vətəndaşların yanında klinika əməkdaşının üzərinə hücum edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirdiyi, əxlaqa zidd sözlərlə onu təhqir etdiyi üçün Hüseynov Elxan Hüseynbaba oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Bakı Şəhəri Nizami rayon Prokurorluğuna müraciət edilib. Hazırda ibtidai araşdırma aparılır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR