Tarixi seçimdə kim qalib olacaq? - Türkiyəli yazar

12 may, 2023 11:35

Dünya, Türkiyə və Azərbaycanın gündəmi hazırda Türkiyədəki seçkilər...

Seçim sonucu olaraq düşüncələrimi - siyasi fikirlərimi, istəklərimi bir kənara buraxıb, obyektiv olaraq, bənd-bənd yazmağa çalışacağam:

1. Hər nə qədər prezident seçkisində namizəd Məhərrəm İncə geri çəkilsə və bu, Millət İttifaqının işinə yarasa da, öncəki fikirlərim dəyişmədi – qəti deyə bilməsəm də, seçimin ikinci tura qalacağını düşünürəm;

2. Seçkidə Millət İttifaqının 47-48% səs alacağı fikrindəyəm. Bəzi anket sorğularında aradakı fərq yüksək göstərilsə də, mən o şəkildə böyük fərq yaranacağını sanmıram;

3. Sayın Cümhurbaşqanı Ərdoğan ikinci tura qalan seçkidə maaş artımları, sosial-iqtisadi daxil, bütün imkanları yaxşıca istifadə edib, qərarsız və bitərəf, seçimə qatılmayan seçiciləri təsirləndirməyə çalışacaq. Nəticəsi olacaqmı?

Xüsusilə sahil zolağının bir hissəsi istisna olmaqla, bunun səmərəsiz olacağını deyə bilmərəm;

4. Ən qeyri-müəyyən olanı alınacaq millət vəkili sayıdır. Hansı ittifaqın çoxluğu alacağını kimsə deyə bilməz.

Millət və Cümhur ittifaqları bir-birindən ən çoxu 20 millət vəkili ilə fərqlənə bilərlər.

5. Hesablanmayan və çox da qeyd olunmayan bir vəziyyət var: Türkiyədə sistem həm cümhurbaşqanlığı, həm də parlament çoxluğu bir partiya və ya ittifaqda olarsa, işləyir. Əgər prezident başqa, Böyük Millət Məclisinin əksəriyyəti başqa partiyadandırsa, xaos yaranacaq.

Bu səbəbdən:

Bu seçkilərdə seçim nəticəsi olaraq xaosun ortaya çıxa biləcəyi çox normaldır. Türkiyə xalqı bunu bildiyindən və xaos olmaması məntiqi ilə davrandığından, həmçinin millət vəkilləri birinci turda müəyyən olunacağından, Məclisdə çoxluğu qazanan ikinci turda avantaj əldə edəcək;

6. Deyilməsə və müzakirə edilməsə də, ən önəmlisi:

Millət İttifaqının bu şəkildə sıxıntısı var: bu ittifaq sistemi dəyişdirmək vədi ilə gəlir. Bunu necə edəcək, müzakirə edilmir.

Sistemi dəyişdirmək Anayasanı dəyişdirməkdir; Anayasanı dəyişdirmək üçün təklifləri Cümhurbaşqanlığına göndərməyə 364 millət vəkilinin səsi lazımdır. Bir deyil, 10 seçim olsa belə, bu qədər millət vəkili sayına Millət İttifaqı çata bilməz.

Əgər durum belədirsə, xüsusilə də öhdəlik götürdükləri sistem dəyişikliyi üçün nə etməlidirlər?

Görüləsi yalnız bir iş var: qarşılıqlı olaraq anlaşacaqlarını və iki il içində təkrar seçimə gedəcəklərini düşünürəm. Dolayısı ilə bu seçim birdən çox seçimi arxası ilə gətirəcək.

Parlament sistemində keçiriləcək seçkilərdə Sayın Ərdoğan rəhbərlik etdiyi müddətdə AKP 30%-dən aşağı səs almayacaq və bu dəfə Ərdoğan parlament sistemində yenidən hakimiyyətə gələcək;

7. Partiyaların alacaqları səslər haqda təxminlərim:

AKP - 33, CHP - 27, MHP - 9, İYİ Partiyası - 13, HDP – 10 faiz.

Səhv ehtimalım 2%-dir – aşağı və ya yuxarı ola bilər;

8. Prezident seçkilərində Cümhur İttifaqının səs itkisi olmaz, ancaq Millət İttifaqından bəzi partiyaların səslərinin, xüsusilə İYİ Partiyası, HDP, həmçinin sayın İncənin səslərinin bir hissəsinin Cümhur İttifaqına, yəni sayın Ərdoğana gedəcəyini düşünürəm.

Fikrimcə, bu yerdəyişmələr ona gətirib çıxaracaq ki, prezident seçkiləri birinci turda bitməyəcək, ikinci tura keçəcək;

9. Sinan Oğanın səsi bir çox anketdə 2-2.5% olaraq göstərilir. İYİ Partiyası və sayın Məhərrəm İncənin prezident seçkilərində səslərinin bir hissəsi sayın Sinan Oğana gedə bilər.

Bu üzdən sayın Sinan Oğanın səsi gözləniləndən çox olarsa, təəccüblənmərəm;

10. 8 və 9-cu bəndlərdə göstərmiş olduğum səbəblərdən prezident seçkilərinin ikinci tura qalacağına yönəlik düşüncələrim artır;

11. Azərbaycanlı qardaşlarıma bir neçə sözüm var:

Rahat olun!

Nəticə nə olursa-olsun, indiyə qədər Cümhur İttifaqının mükəmməl olaraq həyata keçirdiyini gördüyümüz Türk Birliyi və Azərbaycan siyasəti dəyişməz! Bu siyasətin dəyişməsinə Türkiyənin 60%-ni təşkil edən və əsas güc olan biz millətçilər imkan vermərik!

Önəmli olan millətin qərarıdır!

Hər kəsdən nəticələri qəbul edərək, təxribata düşməməyi, tələlərə gəlməməyi, bir-birini incitməməyi xahiş edəcəm.

Seçkilər Vətənə, Dövlətə, Millətə xeyirlər gətirsin!

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR