Hacı Şahinin qızı "Məşədi Dadaş" məscidini tərk etdi - "Yetimlər yurdsuz-yuvasız qaldı..."

12 may, 2023 15:20

"Uşaqlığımın, gəncliyimin, bütün xoş xatirələrimin üzünə qapını bağlayıb çıxdıq bu gün”.

Bu sözləri mərhum ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin sabiq axundu Hacı Şahin Həsənlinin qızı bildirib.

“Ürəyimdə deyilməli sözüm çoxdur, amma bəzən sözlər də hissləri ifadə etməyə kifayət etmir. Məni yetişdirən bu məscid o qədər doğma və əzizdir ki... Hələ çox uşaq vaxtımdan məsciddəki məclislərə necə həvəslə getdiyim vaxtlar, yaşımız az olduğu üçün xütbələri dərk etməsək də, çox böyük şövqlə əzadarlıq etdiyimiz günlər dünən kimi yadımdadır. Ömrümdə ilk İmam Hüseyn məclisinə o məsciddə getmişəm, Qədr gecələrində ilk dəfə "bikə ya Allah"ı orada demişəm... İlk öncə Allaha, daha sonra isə valideyinlərimə bütün bu gözəllikləri mənə yaşatdıqları üçün son nəfəsimə qədər minnətdar olacam... İllər ötdükcə bu ləzzət dolu məclislərin ruhumda o qədər böyük təsiri oldu ki, izah etmək mümkün deyil... Bu günlərdə isə bizim üçün məscidimizin dəyəri həmişəkindən daha çox idi, çünki atamızı öz Məşuqu ilə görüşə məhz o məsciddən yola salmışdıq. Hər ora getdiyimdə sanki divarlardan hələ də onun səsi gəlirdi qulağıma, hər getdiyimdə atamın ətrini alırdım o məsciddən. Ora bir çoxumuz üçün təsəlli yeri idi, sığınacaq idi. Hər bir küncü xatirə dolu bu məkandan ayrılmaq bizlər üçün çox çətindir, amma məscidi özlərinə yuva bilən uşaqlarımız üçün hər kəsdən daha ağırdır. Yetimlər indi lap yurdsuz-yuvasız qaldı. Daşın, divarın, torpağın, o minbərin də sizin dalınızca ağladığına əminəm. Amma nə etmək olar ki, 20 ilin sonu da bu gün gəlib çatdı. İllərdir əziyyətimizi çəkən bütün "Məşədi Dadaş" uşaqlarına təşəkkür edirəm. Xudahafiz, bizə doğma olan Allah evi. Xahiş edirik, Qiyamətdə bizdən şikayət etmə. Sənin üçün çox darıxacağıq, əziz "Məşədi Dadaş" məscidi"- deyə o əlavə edib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI