İcra başçısından sahibkarlara təhdid - 50 min verib hamınızı həbs etdirəcəm

15 may, 2023 17:42

Uzun müddətdir davam edən Sumqayıt İcra Hakimiyyəti ilə bir qrup sahibkar arasında borc davası, bu gün qalmaqalla yekunlaşıb.

Jamazaz.info xəbər verir ki, Sumqayıt Dənizkənarı Bulvarın, habelə şəhərdə bir çox tikinti işlərini həyata keçirən iş adamları 2016-cı ildən indiyə qədər 10 milyon manatdan çox pullarını ala bilmirlər.

Onlar dəfələrlə rəsmi qurumların qəbulunda olsalar da, Sumqayıtın icra başçısı Zakir Fərəcov həmin görülən işlərin müqabilində ödənməli olan pul verməkdən imtina edir. Bu gün isə sahibkarlarla icra başçısı arasında keçirilən görüşdə qalmaqal yaşanıb.

Görüşdə iştirak edən sahibkarların verdikləri məlumata görə, icra başçısı Zakir Fərəcov onları açıq şəkildə təhdid edib. “Bizə bildirdi ki, ondan pul istəməyək. Üstəlik, hədələyərək bildirdi ki, “50 min manat verib, hamınızı həsb etdirərəm”. Biz ondan borclarımızı istəyirik. O isə bizi həbslə hədələyir”.

İş adamları həmçinin onu da bildiriblər ki, Zakir Fərəcov külli miqdarda borc düşdüyünü, bütün əmlaklarını girov qoyaraq, kredit götürdüyünü, hazırda da kredit ödədiyini deyib. “Bizə deyir ki, kredit ödəyirəm. Guya, dövlətin tapşırıqlarını yerinə yetirmək üçün banklardan pul götürüb. Məgər dövlətin pulu yoxdur ki, Zakirin puluna möhtac qalıb? Bu adam özünü heç, dövləti də gözdən salmaqla məşğuldur”.

Qeyd edək ki, bir müddət əvvəl Zakir Fərəcov sahibkarları başından etmək üçün bəhanə tapmışdı. Həmin vaxt icra başçısı “Qarabağda tikinti üçün pul yığdığını” deyərək, iş adamlarını yola verirdi. İndi isə 50 minə adam tutudrmaq məsələsini ortaya atmaqla, sahibkarlara olan borclarını ödəmək istəmir.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR