"Axundov Kitabxanası"nda şübhəli tenderlər -

18 may, 2023 15:25

Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Vest-LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Kitabxana ilə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 733 473,08 AZN təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir. 

QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur. 

"Vest-LTD” QSC əvvəllər Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərib. Sonradan təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. QSC-nin əlaqə telefonları və internet saytına da rast gəlinmir. 

"Vest-LTD” QSC barəsində yerli mediada dərc olunan materiallarda şirkət tender kralı kimi təqdim edilir.

Araşdırmalrımız zaman məlum olub ki, QSC təkcə 2022-ci ildə maliyyə dəyəri 14 575 879 .02 AZN təşkil edən 23 satınalma müqaviləsi imzalayıb. 
Müqavilələr əsasən Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri, mədəniyyət idarələri və Təhsil Naziriliyinin Təsrrüfat Hesablı Tikinti və Təchizat İdarəsi ilə bağlanıb. 

Barəsində heç bir məlumat olmayan, biznes dairələrində tanınmayam, şübhəli bir şirkətin iri məbləğli tenderlərdə hansı meyarla qalib elan edildiyi bəlli deyil.

Yeri gəlmişkən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 2022-ci ildə "Vest-LTD” QSC ilə üç satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 200 815,59 AZN olan birinci müqavilədə cari təmir işlərinin satın alınması, maliyyə dəyəri 104 123,91 AZN təşkil edən ikinci müqavilədə kommunal və kommunikasiya işlərin satın alınması, nəhayət, 520.239,58 manatlıq üçüncü müqavilədə əməkdaşların xidməti istifadəsi üçün lazım olan texniki ləvazimatların satın alınması nəzərdə tutulub.

Beləliklə, aydın olur ki, kitabxana təkcə bir ildə "Vest-LTD” QSC-yə  825 179,58 manatlıq sifariş verib. 

Bu şirkət haqqında trirajlanan iddialardan biri də onun Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsus olmasıdır. 

Bu şəxs tender kralı kimi təqdim edilir. "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin də ona məxsus olduğu iddia olunur. (Qaynarinfo)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR