"Siz, Prezident Aparatına yazırsınız, mən də surətləri mənə göndərilən həmin kağızlara baxmadan, tualetdə istifadə edərək, atıram!" - İcra başçısı

18 may, 2023 15:27

Məmur özbaşınalığının və harınlığın daha bir təsdiqi

Ölkə mətbuatında xəbər yayılıb ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da, borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə verilən məlumatlarda deyilir ki, o, borclu qaldığı külli miqdarda pulu qaytarmamaq üçün, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. İş adamlarına qəbul otağında deyib ki, ondan pul istəməsinlər. Əks təqdirdə, 50 min manat verib, onları həbs etdirəcək.

Araz.az-ın əldə etdiyi digər bir məlumata görə, həmin qəbulda, baş verən bir başqa məsələyə də aydınlıq gəlib. Məlum olub ki, Zakir Fərəcov sahibkarları təkcə həbslə hədələməyib. Həm də, onların dövlət qurumlarına etdiyi şikayətləri belə əhəmiyyətsiz hesab edib. Sahibkarların verdiyi məlumata görə, icra başçısı qəbulda onlara deyib ki, əziyyət çəkib Prezident Admnistrasiyasına, başqa dövlət qurumlarına müraciət etməsinlər, bunun heç bir xeyrini görməyəcəklər: “Zakir Fərəcov bizə dedi ki, boş yerə özümüzü yorub, müraciət etməyək. Bildirdi ki, həmin müraciətlərin surətləri, dərhal ona göndərilir. Daha sonra, o: “Siz Prezident Aparatına, başqa yerlərə yazırsınız. Onlar da, həmin müraciətləri mənə göndərirlər. Mən də, həmin kağızları götürüb, tualetdə istifadə edərək, atıram”, -- dedi”. 

Sahibkarlar onu da qeyd edirlər ki, Zakir Fərəcovun bu sözləri dövlət məmuruna, ölkənin üçüncü ən böyük şəhərinin rəhbərinə yaraşmır. Onlar Fərəcovun bu qədər özbaşına, harın və kimsədən çəkinməyən olduğu üçün təəccübləniblər: “Bu adamın Preziden Administrasiyasının ona ünvanladığı sənədləri kağız parçası hesab etməsi elə də dəhşətli deyil. Ən dəhşətlisi odur ki, Zakir Fərəcov həmin kağızları tualetdə istifadə etdiyini, yəni tualet kağızı qədər dəyəri olduğunu açıq və çəkinmədən deyir. Ölkə tarixində hələ heç bir icra başçısı onun fəaliyyətini tənzimləyən Prezident Aparıtını bu qədər aşağılayıb, təhqir etməyib. Görünür, Fərəcovun arxası dövlətdən, onun qurumlarından daha üstündür ki, o, özündə belə cəsarət tapıb, dövlət qurumunun sənədini tualet kağızı hesab edir”. 

İş adamları onu da bildiriblər ki, bütün bunlara rəğmən, onlar borclarını almaq üçün, bütün qanuni imkanlardan istifadə edəcəklər. Yaxın günlərdə isə, vəkilləri ilə məsləhətləşərək, Zakir Fərəcovu məhkəməyə belə verməyi planlaşdırırlar. 

Qeyd edək ki, Zakir Fərəcovla bir qrup sahibkar arasında borc qalmaqalı hələ 2016-cı ildən start götürüb. Sumqayıt Dənizkənarı Bulvarında və şəhərin müxtəlif yerlərində həyata keçirlən yenidənqurma, tikinti və abadlıq işlərini həyata keçirən şirkətlərə icra başçısının toplam 10 milyon manatdan çox borcu yaranıb. Lakin 7 ildir iş adamları həmin pulu Fərəcovdan ala bilmirlər. Sözügedən şəxs hər dəfə onları bir bəhanə ilə başından edir. Bəzən təhdid dili ilə danışır, bəzən də, həqiqət həbsə qədər davam edir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, həmin görüşdən sonra, Zakir Fərəcov özünə yaxın bildiyi ətrafı ilə bu məsələni müzakirə edərkən belə deyib: "Mən, indi mətbuatda gedən yazılara təkzib verdirə də bilmirəm. Çünki, yuxarılarda da etiraf etmişəm ki, bəli, həmin iş adamlarına o məbləği borcluyam. Onlarla görüşərək, borclarını qaytaracağıma söz vermişəm. Bu etiraf olmasaydı, çoxları əlimdən qurtara bilməzdi, məhkəmələrdə və hüquq-mühafizə orqanlarında onların başlarına oyun açardım!".

Hələlik, bu yazını nöqtələyirik. Məmur harınlığı və özbaşınalığının daha bir sübutu olan bu ciddi məsələni isə, araz.az xəbər portalı olaraq, həmişə diqqətdə saxlayacağıq. Qarşı tərəfin də, məsələyə münasibətini dinləməyə hazırıq.

Əli HÜSEYN,
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbirləri.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR