“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi...

31 may, 2023 10:51

“Deyilənlər bir daha Rusiya imperiyasının Azərbaycan ərazisindəki “sülhməramlı” adlanan ordusunun birbaşa işğalçı qüvvə olduğunu və onun müstəqil(!) Azərbaycan Respublikasının suverenliyini, Konstitusiyasını, qanunlarını heçə sayaraq tapdadığını sübut edir...”

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş Rusiyanın “sülhməramlı” adlanan kontingentinin artıq haykların məskunlaşdırıldığı ərazidəki iqtisadi və kriminal  duruma da birbaşa müdaxilə etməsi “rəsmən” təsdiqlənir.

Moder.az xəbər verir ki, deyilənləri Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyanın dünən axşam “Facebook” səhifəsində etdiyi növbəti paylaşım da sübut edir.

Separatçı məmurun paylaşımından bəlli olur ki, “sülhməramlı”ların tərkibində Azərbaycan Respublikası ərazisinə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olub. Həmin əməkdaşlar ərazidəki iqtisadi cinayətlərə də birbaşa müdaxilə edir və öz bildikləri kimi tədbirlər görürlər.

“Artsax sülhməramlı qüvvələrinin tərkibində Rusiya hüquq-mühafizə orqanları nümayəndələri ilə əməkdaşlıq qısa müddətdə bazarda müxtəlif məhsulların inflyasiyasına, qeyri-sağlam rəqabətə və iqtisadi maraqların toqquşmasına səbəb olan cinayətləri neytrallaşdırmağa imkan verəcək yeni sürət qazanıb. Artsaxdakı bəzi  tamahkar iqtisadçıların hərəkətləri səbəbindən humanitar daşınmalarla təşkil edilən zəruri ərzaq, dərman və zəruri əşyalar çox vaxt planlaşdırılandan daha az miqdarda olur. Bütün bunlar elə qurulub ki, heç kim özünü məsuliyyətdən kənar hiss etməsin. Bir daha sizi bu cür hərəkətlərdən və maddi ziyan vurmaqdan çəkinməyə çağırırıq”,- üzdəniraq “dövlət naziri”nin açıqlamasında belə deyilir.

Məlum olur ki, Q.Nersisyanın aprel ayında da oxşar bəyanatı olub...

Deyilənlər bir daha Rusiya imperiyasının Azərbaycan ərazisindəki “sülhməramlı” adlanan ordusunun birbaşa işğalçı qüvvə olduğunu və onun müstəqil(!) Azərbaycan Respublikasının suverenliyini, Konstitusiyasını, qanunlarını heçə sayaraq tapdadığını sübut edir. Putinin tabeliyindəki hərbçilər torpağımızda faktiki olaraq bütün proseslərə müdaxilə edən idarəçilik, canişinlik formalaşdırıblar.  Biz bunun belə olacağını həmin kontingentin ərazimizə daxil olduğu ilk günlərdən demişdik...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR