"Azərişıq"da nə baş verir? - Satınlalmalalarla bağlı ilginc iddialar

05 iyun, 2023 16:04

“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılması ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir surəti də ictimailəşdirilməsi məqsədi ilə Aktualinfo.org saytının redaksiyasına təqdim olunub. Sözügedən məktubdan bəzi məqamları diqqətinizə çatdırırıq.

Şikayətçi yazır:

“Məlumat üçün bildiririk ki, “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.

“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, həmin tarixdə bizdən tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.

Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, “Azərişıq” ASC Tender Komissiyasının tələb etdiyi həmin sənədlər bizim tərəfimizdən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla 07.04.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz” kimi cavab yazılmışdır.

Bundan sonra, 11 may 2023-cü il tarixdə tender təklifimizin kənarlaşdırılması barədə 4 nömrəli protokola Əlavə bizə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “təqdim etdiyiniz mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan 08.04.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün aşağıdakı cədvəldə göstərilən mal-materialların nümunələrinin təqdim olunması üçün sizə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq nümunələrin tərəfinizdən təqdim olunmayacağı bildirilmişdir. Şirkətinizin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyiniz sənədlərdə (İddiaçının son 3 (üç) illik və fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır). Şirkətinizin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin tərəfinizdən həyata keçirilmədiyi tender komissiyası tərəfindən aşkarlanmışdır.”

Buradan sonra şikayətçi “Azərişıq” ASC-nin Tender Komissiyasının etiraz məktubunda göstərilənləri “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırır və tenderdən kənarlaşdırılmalarını qanunsuz hesab edir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onlar da aşağıdakılardır.

“Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması üzrə “ENERJİ TƏCHİZAT-2020” MMC ilə 9.298.400 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.01.2023-cü il tarixdə açıqlanıb.

Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə “ŞANS CONSTRUCTION” MMC ilə 5.948.881,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 11.01.2023-cü il tarixdə açıqlanıb.

Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Zəngilan” Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə LIGHT CITY QSC ilə 6.198.759,41 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.01.2023-cü il tarixdə açıqlanıb.

6/10kV mühafizəli xəttlərin daşınması üçün 1 dövrəli metal konstruksiyanın satın alınması işləri üzrə “AZELEKTRO SERVICE CO” MMC ilə 903.880 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 24.01.2023-cü il tarixdə açıqlanıb.

Seluloz əsaslı və plastik materiallarından hazırlanmış məlumat daşıyıcıların satın alınması üzrə “MİX PRO” MMC ilə 766.882 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.03.2023-cü il tarixdə açıqlanıb.

“6/10/0,4 kV-luq xətlərdə elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylanması üçün müxtəlif qurğu və avadanlıqların” satın alınması üzrə “GBS” MMC ilə 3.821.194 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.05.2023-cü il tarixdə açıqlanıb.

Elektrik enerjisininn cevirilməsi qurğularının izolyasiyasını təmin edən mal-materialların və izolyasiya keçiriciliyini ölçən cihazların satın alınması üzrə “AZSPEKTR” MMC ilə 510.131,7 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.05.2023-cü il tarixdə açıqlanıb.

Maraqlıdır, “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında nə üçün açıqlanmayıb.

Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurun uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.

Ancaq göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası tender prosedurunun təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.

Qeyd edək ki, hazırda “Azərenerji”ASC-nin sədri olan Balababa Rzayevin 2018-ci ilin sentyabrında “Azərişıq” ASC-nin sədri vəzifəsindən azad olunmasından sonra 7 yanvar 2020-ci ilə qədər vəzifə boş qalıb. Qeyd etdiyimiz tarixdən Prezidentin sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Vüqar Əhmədov təyin edilib. Bu təyinatdan çox keçməmiş sosial şəbəkələrdə və elektron mediada “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun topdağıtmaz biznes şəbəkəsinin siyahısı yayıldı. Məlum olur ki, Vüqar Əhmədov vaxtı ilə İqtisadiyyat Nazirlriyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru işləyib. Sonra Vergilər Nazirliyində mühüm vəzifələrdən birini tutub. Amma bu vəzifələr işləyə-işləyə də onlarla MMC yaradaraq özünə geniş biznes şəbəkəsi qurub.

Bir müddət “Azərişıq” ASC sədrinin səlahiyyətlərini icra etməsinə baxmayaraq Vüqar Əhmədov sədr vəzifəsinə 2020-ci ilin yanvarında təyin elib. Yəni, 3 il 5 aydır o, bu vəzifənin başındadı. Amma bu qısa müddət ərzində sərvətini daha da artırıb, böyük bir kapital sahibinə çevrilib. Yolları isə bəllidir. “Azərişıq” ASC-nin keçirdiyi tenderlər.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2021-2022-ci illərdə “Azərişıq” ASC bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə milyonlarla manat dövlət vəsaiti ayırmışdır. Bu məqsədlə qurumun keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərdə qaliblər ancaq “Mix Pro”, “İtsoil”, “İtes Company”, “Enerji Construction”, “İnterqas”, “ŞansConstruction”, “Smart Energy Services” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri olmuşdur. Hansı ki, bu şirkətlərin özünün maddi texniki bazası və iş təcrübəsi sual altındadır. Yəni bu MMC-lərin əksəriyyəti iş görməkdən daha çox ayrılan dövlət vəsaitlərinin təyinatından kənara çıxarılması işlərini həyata keçirmələri barədə kifayət qədər geniş məlumatlar var.

“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdən kənarlaşdırılmasına gəlincə. Əslində biz “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış və 3 ay keçməsinə baxmayaraq nəticələri hələ də açıqlanmamış tendrin qaliblərinin hansı şirkətlər olduğunu bilirik. Onu da bilirik ki, “Azərişıq” ASC -də satınalmalar qanunlarla, şəffaflıqla deyil, kimlərinsə istək və maraqlarına uygun şirkətləri qalib seçməklə təşkil edilir. Biz həmin şirkətlərlə “Vedi construction” MMC-ni də müqayisə edəcəyik. “Azərişıq” ASC rəsmilərinin tenderlərin təşkilində yol verdikləri saxtakarlıqlara da, qeyri şəffaf işlərə də aydınlıq gətirməyə çalışacaq, daha geniş araşdırmalar aparacaq və mövzuya bir daha qayıdacağıq.

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi14:14 - 170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü sübut edilib

06 mart

16:39 - Makronun "Qoşun göndərək" çağırışına Peskovun cavabı..16:35 - ABŞ-nin ukraynalı qaçqınlarla bağlı şok planı...